“ROYAL BANK” MAXİNASİYALARI: işsiz qadın adına kredit yazıldığını illər sonra öyrənib

Lisenziyası ləğv edilmiş və hazırda sahibləri məhkəmə qarşısında dayanan “Royal Bank”da Abşeron sakini, heç yerdə işləməyən yaşlı qadının adına saxta kredit müqaviləsi düzəldərək 20 min manat kredit ayırıblar. Virtualaz.org xəbər verir ki, həmin qadın-Həlimə Talıbova bank işçilərinin onun haqqında anket məlumatlarından istifadə etdiyini, imzasını da saxtalaşdırdığını və adına kredit ayırdıqlarını deyir. Özünün isə bundan illərlə […]

Lukaşenkodan sesnsasiyalı addım – Müxalifət liderləri zorla ölkədən çıxarıldı

Belarusun yoxa çıxmış üç aparıcı müxalifətçisi sentyabrın 8-də səhər qonşu Ukrayna ilə sərhəddə peyda olub. Onların təhlükəsizlik qüvvələri tərəfindən oğurlandığı güman edilirdi. Müxalifətin Koordinasiya Şurasının prezidium üzvü Mariya Kalesnikova, mətbuat katibi Anton Randyonkau və icraçı katibiİvan Krautsou səhər saat 5-də Qomel regionundakı Alyaksandravka sərhəd keçid məntəqəsində görünüblər. Əvvəlcə Belarus Dövlət Sərhəd Komitəsinin təmsilçisi Anton Biçkovski onların hər üçünün ölkəni tərk etdiyini […]

Donald Tramp Pentaqonu silah istehsalçılarından asılı olmaqda günahlandırdı

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi rəhbərliyini silah istehsalçılarının təsirində, hətta tabeliçiliyində qalmaqda suçlayıb. Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu “Politico” saytı məlumat yayıb. Ağ Evdə jurnalistlər üçün mətbuat konfransı keçirən prezident Tramp bombalar və təyyarələr düzəldən möhtərəm şirkətləri xoşbəxt etmək üçün əllərindən müharibə aparmaqdan başqa bir şey gəlməyən Pentaqon rəhbərlərinin onu sevmədiyini deyib. […]

Məleykə Abbaszadə abituriyent və valideynlərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideyn və abituriyetlərə çağırış edib. Musavat.com xəbər verir ki, DİM sədri abituriyentlərə ixtisas seçimində məhz özlərinin iştirak etmələrini məsləhət görüb. O bildirib ki, çox vaxt kənar şəxslər bu işə cəlb olunur və monitorinq keçirəndə müxtəlif qruplar formalaşdığı müşahidə olunur və orada müxtəlif təkliflər səsləndirilir: “Bu, yanlış yoldur və bu yolla […]

“İstərdim ki, Nəsib bəyin, Şəfiqə xanımın həyatı film, ya da serial kimi çəkilsin” -Məryəm Aybikə Sinanla özəl MÜSAHİBƏ

Müsahibimiz bu günlərdə qardaş Türkiyənin “Ötükən” nəşriyyatında “Şəfi” adlı romanı işıq üzü görmüş yazıçı – jurnalist Məryəm Aybikə Sinandır. Qeyd edək ki, roman, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş nazir kimi çalışan Nəsib bəy Yusifbəyli ilə Türk dünyasının böyük düşüncə insanı İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanım Qaspıralının həyatından bəhs edir. -Məryəm Aybike Sinan azərbaycanlı oxuculara […]

Rusiya Xarici İşlər nazirinin müavini Polad Bülbüloğlu ilə görüşüb

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib.

DAHA BİR TİKİNTİ DƏLƏDUZLUĞU… – Podratçı şirkət saxta arayışlarla vətəndaşlara mənzillər satıb

Azərbaycanda tikinti şirkətlərinin dələduzluğu, vətəndaşları və dövləti aldatması son illər ən çox təsadüf olunan cinayətlərdən biridir. Təsadüfü deyil ki, xeyli sayda tikinti ilə məşğul olan şirkətin rəhbəri məhz buna görə həbsə alınıb. Belə şirkətlərdən biri “İdeal-V” MMC-dir. Şirkətin rəhbərliyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə “Alyans-Z” Mənzil Tikinti Kooperativinin sifarişi əsasında inşa etdiyi binadakı […]

Siyasət yanlışı sevmir

Üzü payıza siyasi proseslərin sürətlənəcəyi yazdan danışılırdı. 9 fevral parlement seçkisində baş verənlərdən sonra ölkədə hakimiyyətdaxili mübarizənin getdikcə güclənəcəyi, siyasi səhnədə yeni qüvvələrin daha üstün mövqe tutacağı şübhəsiz idi. “Qatar” artıq yola çıxdığından onu heç COVİD-19 pandemiyası da durdura bilmədi. Hələlik ölkədəki durum bu haqda açıq danışmağa, yazmağa imkan vermir. Çünki seçkini sabotaj edənlərin təmizlənməsi […]

Yeni böhran yaşana bilər – Deputatdan AÇIQLAMA

Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə olunur. Avqust ayında 1 bareli 45 dollara yaxınlaşan Brent markalı neft indi 42 dollardan ucuz təklif edilir. BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, neftin qiymətindəki azalmalar daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa […]

Azərbaycan “Lapis Lazuli” dəhlizi üçün nəqliyyat operatoru təyin etdi

Azərbaycan, Türkmənistan, Əfqanıstan arasında keçirilən danışıqlar zamanı “Lapis Lazuli” (lazurit dəhlizi) dəhlizi üçün nəqliyyat operatorları təyin edilib. “Report” xəbər verir ki, videokonfrans formatında keçirilən danışıqların məqsədi Əfqanıstanın Herat əyalətindən başlayıb Türkmənistan, Azərbaycan, Gürcüstan üzərindən Türkiyəyədək davam edən “Lapis Lazuli” tranzit nəqliyyat dəhlizinin buraxılış gücünü artırmaq olub. Dəhliz üçün nəqliyyat operatorunu təyin etməklə yanaşı iştirakçılar nəqliyyat […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930