Zahid Oruc: “Yeni əfv siyahısı Prezidentə təqdim ediləcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən Əfv Komissiyasının yeni tərkibinə daxil edilən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc göstərilən etimada görə dövlət rəhbərinə təşəkkür edib. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc APA-ya bildirib ki, ölkəmizdə formalaşan bu institut cəmiyyətdə böyük etimada malikdir. “Azərbaycanda daxili […]

Sabiq bələdiyyə sədri barəsində cinayət işi başlandı

Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləmiş Kazım Məmmədovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb. Lənkəran rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə […]

İlqar Məmmədova 234 min manat kompensasiya ödənilib

Ali Məhkəmənin plenum iclasının qərarına əsasən REAL partiyaının sədri İlqar Məmmədov bəraət almışdı. Musavat.com xəbər verir ki, qərara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib. Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. Mənəvi təminatın […]

Sabirabad sakinindən narkotik və odlu silah götürülüb

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi […]

Azərbaycan-Avropa Birliyi danışıqlarında nəticəsiz illər

Razi Nurullayev: “Yaxın zamanlarda müqavilənin imzalanmasını gözləməyə dəyməz” Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyi (AB) arasında ikitərəfli əməkdaşlıq sazişinin imzalanması üçün 3 ildən artıqdır ki, danışıqlar gedir. Hələ də bir nəticə əldə olunmayıb. Rəsmi Bakı, yoxsa Brüssel ucbatından sazişin ləngiməsi ilə bağlı səslənən fikirlər ən müxtəlifdir. Ekspertlərin çoxu hələ bundan sonra da bir müddət […]

“Pianoçu” filminin ssenari müəllifi Ronald Harvud vəfat edib

Britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvud 85 yaşında vəfat edib. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib. Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib. Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari” nominasiyası üzrə “Oscar”a layiq görülüb. O, 2008-ci […]

Qərb Rusiyanı qaz bazarında sıxarsa, diqqət Azərbaycanda cəmləşəcək

Əksər bazarlarda mövqeləri sarsılan şimal qonşumuzun aqressiv davranışlarına hazır olmalıyıq Müxalifətçi Aleksey Navalnının zəhərlənməsi Rusiyanın Ukraynadan kənar ərazi ilə Avropaya qaz çıxarmaq planını iflasa uğrada bilər. Söhbət Baltik dənizi ilə Almaniya ərazisinə qaz çatdıracaq “Şimal axını-2″ qaz kəmərindən gedir. Fiziki tikinti işlərinin 94 faizi tamamlanmış olan kəmərin başını qara buludlar ötən ilin dekabrından alıb: ABŞ […]

Cinayət Məcəlləsinə dəyişiklik edilir

Bu gün – sentyabrın 9-da Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək. Milli Məclisdən Musavat.com-a bildirilib ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. İclas 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq. Komitə üzvləri […]

UNEC-i seçmək istəyənlərə özəl CANLI YAYIM: ixtisas seçiminə aid bütün suallarınız cavablandırılır VİDEO

İqtisadiyyat və idarəetmə, eləcə də texniki və texnoloji ixtisaslar üzrə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçmək istəyən abituriyent və onların valideynlərinin ixtisas seçimi ilə bağlı suallarını cavablandırmaq üçün canlı yayım təşkil olunacaq. UNEC-in rəsmi Facebook, Youtube və Instagram səhifələrindən canlı yayımı həm izləmək, həm də birbaşa suallar ünvanlamaq mümkün olacaq. 9 sentyabr saat 10:00-da II ixtisas qrupuna aid iqtisadiyyat […]

Rusiya düşmənə silah daşımaqda davam edir – ölkələr arasında gərginlik qalır

Moskva daha heç bir izahat verməyəcək,  münasibətlərin sonrası necə olacaq? Azərbaycanın etirazlarına baxmayaraq Rusiya Ermənistanı silahlandırmaqdadır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyədə “Haber Qlobal”a verdiyi “Bu gün Ermənistana ”İl-76″ təyyarələri gəlməkdə davam edir. Ermənistan 500 tondan artıq silah alıb. Bunlar nə məqsədlə gətirilir? Bu suala hələ cavab ala bilməmişik” açıqlaması bir daha göstərdi ki, Rusiyanın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930