Barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib

Barəsində araşdırma aparılan deputatın vəzifələri məlum olub. “Report” xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib. Qeyd edilib ki, barəsində araşdırma aparılan deputatın vəzifələri aşağıdakılardır: – İntizam komissiyasının çağırışı ilə gəlmək; – İntizam komissiyasının üzvlərinin suallarını cavablandırmaq; – Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış […]

Daha bir tanınmış futbolçu koronavirusdan sağald

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Kosta koronavirusa qalib gəlib. “Report” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu COVID-19-dan sağalan müdafiəçi Santiaqo Ariasla birlikdə məşqlərə başlayıb. Daha əvvəl komandanın baş məşqçisi Dieqo Simeonedə də koronavirus aşkarlanıb.

“MALİYYƏ AMNİSTİYASI ÖZ HƏLLİNİ TAPMALIDIR” – Vahid Əhmədov

“Cənab Prezidentin bu çağırışı təqdirəlayiqdir. Mən özüm də bir neçə dəfə investorlara müraciət, çağırışlar etmişəm. Xaricdə yaşayan və kifayət qədər böyük imkanları olan azərbaycanlılar var, hansı ki, ölkəmiz üçün yaxşı yatırımlar edə bilərlər. Ona görə də dəfələrlə dediyimiz kimi, Azərbaycanda maliyyə amnistiyası verilməlidir”. “AzPolitika.info” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Prezident İlham Əliyevin investorlara çağırışını şərh edərkən […]

Zakir Həsənov orduya əmr verdi – Cəbhədə nə baş verir?

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi […]

Azərbaycanda daha 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 151 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 38 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib. Aktiv xəstə sayı […]

Göygöldə avtomobildən 1 200 manat pul oğurlandı

Göygöldə avtomobildə oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisində 1 avtomobildən içərisində 1 200 manat, bank kartı və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri E.Səlimbəyov və əvvəllər məhkum olunmuş R.Novruzov […]

İtalyanlar Netanyahunun namizədliyini Nobel mükafatına irəli sürüblər

İtaliya parlamentində yer alan “Şimal liqası” partiyasından deputat Paolo Qrimoldi İsrail baş naziri Benyamin Netanyahunun namizədliyini Nobel mükafatına irəli sürüb. Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzetində məlumat yayılıb. P.Qrimoldi İsrail baş nazirinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn kimi dövlətlərlə saziş imzalamaqla, habelə, Səudiyyə Ərəbistanı ilə dialoqa girməklə, Yaxın Şərqdə sülhün bərqərar olmasına böyük töhfə verdiyini […]

Bilik Günü tribunadan yıxılan şəxsin səhhəti necədir?

Təhsil Nazirliyi 15 sentyabr – Bilik Günü tribunadan yıxılan şəxslə bağlı açıqlama verib. Nazirlikdən daxil olan açıqlamada deyilir: “Öncə qeyd etmək istəyirik ki, baş verən hadisə ilə bağlı dərin təəssüf hissi keçiririk. Videoda göründüyü kimi, şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik […]

İnsan alverinin qurbanları, əsir düşən, istismar olunan qadınlar: Mehriban Zeynalova “Canlı yayın”da

Bu gün Musavat.com saytının canlı yayımda Facebook və Youtube platformalarında həyata keçirdiyi, aparıcı Nərgiz Liftiyevanın təqdimatında baş tutan “Müzakirə Masası” verilişində qadın alverinin qurbanı olan gənc qadının mətbuata verdiyi müsahibədən sonra cəmiyyəti narahat edən məqamlar, qadınları bu aqibətə aparan yol, səbəblər, internat uşaqları, boşanmış erkən nigah qurbanları, iş axtarmaq adı ilə aldadılanlar, qurbanların satıldığı ölkələr, […]

Sabahın hava proqnozu

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında əsasən səhər və axşam fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930