Bakı sakini icarəyə götürdüyü avtomobilin səsboğucusunu satıb

Paytaxtın Nizami rayonunda yaşayan Bakı şəhər sakini olan bir nəfərin idarə etdiyi “Toyota Prado” markalı avtomobilin dəyəri 2 000 manat olan səsboğucu sistemi (katalizator) naməlum şəxs tərəfindən oğurlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, zərərçəkən şəxs bu barədə ərazi üzrə Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) məlumat […]

Millət vəkili Qənirə Paşayeva akademik Vasif Babayevi təbrik etdi FOTO

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb, Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Musavat.com xəbər verir ki, Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli […]

Daha 128 obyekt epidemiya əleyhinə rejimi pozub

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Musavat.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Bakının Binəqədi rayonunda “Bəyaz gecələr kafesi”ndə, “Lider RA” MMC-yə məxsus “Selofan paket istehsalı obyekti”ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda “Qastronom […]

Rusiya sentyabrın 21-dən 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək

Rusiya sentyabrın 21-dən etibarən Belarus, Qazaxıstan və Qırğızıstanla beynəlxalq uçuşları bərpa edib.   İnterAz “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahının məlumatında deyilir:   “İclasın nəticələrinə əsasən, sentyabrın 21-dən etibarən Qazaxıstan (Nur-Sultan şəhəri), Qırğızıstan (Bişkek) və Belarusla (Minsk) qarşılıqlı uçuşlar bərpa ediləcək. Reyslər həftədə bir dəfə həyata keçiriləcək”.   […]

SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var. KONKRET.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi: “Ölkədəki qapanma nəticəsində mart-aprel […]

Rövnəq Abdullayev İlham Əliyevin tənqidi fikirlərinə əsasən SOCAR-dan yazdı – MƏQALƏ

SOCAR-ın prezidenti Rövnəq Avdullayevin rəsmi mətbuatda məqaləsi dərc edilib. qazet.az “SOCAR prioritetlərini dövrün çağırışlarına uyğun seçir” başlıqlı məqaləni təqdim edir. – Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal enerji layihələri ölkəmizin davamlı inkişafında mühüm rol oynayaraq, […]

İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa…

Sərdar Cəlaloğlu: “Əslində, hakimiyyət bu gedişlə Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi” Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyasının Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan […]

MN: Düşmən Tərtər və Ağdamı atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub. Müdafiə Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, […]

Azərbaycanın Energetika naziri OPEC-lə əməkdaşlığın əhəmiyyətindən danışıb

OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendə təşkilatın yubileyi münasibətilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun fikirlərinə də yer ayrılıb. “Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir birlik, həmrəylik və əməkdaşlığın OPEC-in 60 illik fəaliyyətində bütün məram və məqsədlərinin zirvəsini təşkil etdiyini və OPEC ideyasının reallığa çevrilməsini də neft ölkələri arasında əməkdaşlığa inamın […]

KİV haqqında köhnəlmiş qanun – hansı yeniliklər lazımdır?

KİV-lərlə bağlı qanunvericiliyin dəyişdirilməsiylə bağlı təkliflər yenidən aktuallaşıb. Media ekspertləri hesab edirlər ki, qüvvədə olan qanunvericilik müasir dövrün tələblərinə cavab vermir, yeniləşmə zamanın tələbidir. Onların fikrincə, 1999-cu ildə qəbul olunmuş Kütləvi İnformasiya Vasitələri haqqında qanun, bundan əlavə, Televiziya və Radio Verilişləri Haqqında Qanun artıq  köhnəlib, yeni dövrün tələbləri ilə uyğunlaşmır. Bəs görəsən, dəyişikliklər mətbuata nə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930