Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşdük-FOTO

Bu gün Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib. Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləmiş, problemləri ilə maraqlanmışdır. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəzi şikayətlər aidiyyatı qurumlara ünvanlanmışdır. Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak etmiş, yerundə həll oluna […]

Quzanlıda ilk yardım təlimləri başlayıb FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sentyabrın 22-də Quzanlı qəsəbəsində ilk yardım üzrə təlimlərə başlanılıb.   Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər. AzQAC-ın və BQXK-nın lazımi […]

Azad Rəhimov: “Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq”

“Biz çox sevinirik ki, akademiyada növbəti və sonuncu idman zalı təhvil verildi. Burada yenidənqurma və təmir işləri aparılıb. Hər şey bütün standartlara uyğundur. Bizim ən məşhur, tanınmış, sevilən və xalqımıza medallar bəxş edən idman növünün də akademiyada öz zalı var. “Report”un məlumatına görə, bu fikirləri Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi […]

5 rayonun qaytarılması gündəmdə: Ermənistan müharibədən qorxdumu? – Arzu Nağıyevlə Üzeyir Cəfərov “Canlı yayın”da

Bu gün Musavat.com saytının canlı yayımda Facebook və Youtube platformalarında həyata keçirdiyi, aparıcı Nərgiz Liftiyevanın təqdimatında baş tutan “Müzakirə Masası” verilişində Azərbaycan-Ermənistanın arasında Dağlıq Qarabağda müharibənin başlanacağı ilə bağlı gözləntilər, Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlara hazırlığı, Ermənistanın işğalçılıq iddiaları, ölkədə bir neçə istiqamətdə hərbi əməliyyatların başlaya biləcəyi ilə bağlı ehtimallar və sair məqamlar müzakirə olunacaq. Hazırda […]

Bakıda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyətlər sakinlərin istifadəsinə verilib. Musavat.com xəbər verir ki, 3 ədəd abadlaşdırılan həyətdən ibarət olan yeni məhəllə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi 3A, 4, 4A, 5, 5A, 5B, 5V ünvanında, 3 000 nəfər sakinin yaşadığı […]

AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır

Azərbaycanın milli aviadaşıyıcısı Bakıdan Türkiyənin daha iki şəhərinə – Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır. Türkiyənin paytaxtı – Ankara şəhərinə AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə – bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulmuşdur. Antalyaya xüsusi reyslər 30 sentyabr tarixindən etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcəkdir. Xatırladaq […]

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

Ötən il noyabrın 1-dən, yəni övladlığa götürmə səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən gündən indiyə qədər 20 uşaq övladığa verilib. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, […]

Gürcü vəkil “Qarabağ”la bağlı dindirilir FOTO

Gürcüstanda iyul ayında avtomobilində meyiti aşkarlanan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ailəsinin vəkili Mixeil Ramişvili Tbilisi Şəhər Məhkəməsində dindirilir. “Report”un Gürcüstan bürosu xəbər verir ki, vəkilə verilən suallardan biri mobil telefonunda “Qarabağ” adı altında yazılan kontaktla bağlı olacaq. Prokuror Davit Qumberidze bildirib ki, telefonda vacib dəlillər aşkarlanıb və bunlardan biri də “Qarabağ” adlı əlaqə nömrəsidir. M.Ramişvili […]

Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə RƏSMİ AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfirliyi bu ilin iyunun 15-də Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə açıqlama yayıb. Səfirlikdən “Report”a daxil olan açıqlama deyilir: “Cari il sentyabrın 2-3-də konsul, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Dağıstanda baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. Onlar Rusiya Federasiyası Cəzaların […]

“Beta” tropik qasırğası Texasda güclü daşqınlara səbəb olub

ABŞ-ın cənub-şərqi ştatlarını cənginə alan “Beta” tropik qasırğası Texas ştatının Hyuston rayonunda güclü daşqınlar əmələ gətirib. AZƏRTAC xəbər verir ki, sutkadan artıq davam edən güclü yağışlarla əlaqədar, şəhər administrasiyası əhalini imkan daxilində evdə qalmağa və şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırmaq məcburiyyətində qalıb. İri avtomagistrallarda yolların bəzi hissələri su altında qalıb, bu səbəbdən sürücülər şəxsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930