Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Senariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş […]

Baydenə qarşı yeni kompromat tapıldı: onun oğlunun “Lujkovun ailəsi”indən milyonlarla pul aldığı iddia olunur

ABŞ-da prezident seçkilərinə çox az müddət qalmış namizədlər arasında komporomat müharibəsi qızışıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dəfə respublkaçı senatorlar Demokrat partiyasından prezidentliyə namizəd Co Baydenin oğlu Hanter Bayden vasitəsilə “vurmağa” çalışırlar. Hanter Baydenin Ukraynada “Burisma” şirkəti ilə bağlı qaranlıq fəaliyyəti ilə bağlı xəbərlərin təsiri soyumamış, indi də onun Moskva şəhərinin keçmiş […]

İkili agent olduğu üçün güllələnən rəqqasə – Cəsədi oğurlanan sirli qadının həyat HEKAYƏSİ – FOTOLAR

7 Avqust 1876-cı ildə Niderlandda dünyaya göz açan 20-ci əsrin ən sirli qadınlarından biri- Mata Hari … Ona bir çox ad verildi, amma heç kim bu ecazkar qadının həqiqətdə kim olduğunu öyrənə bilmədi.  Matanın həyat hekayəsi bu gün də tədqiqatçıların düşüncələrini məşğul etməyə davam edən yüzlərlə əfsanədən ibarətdir. Marqareta Hertruda Zelle yəni, Mata Hari Hollandiyanın […]

TURAN ORDUSU: Azərbaycanla Türkiyənin böyük planı – TÜRK BİRLİYİ

“Gələcəkdə türk dövlətlərinin bir araya gəlib, Türk Dövlətlər Birliyi yaratmasına şahid ola bilərik” Bu sözləri Redaktor.az a Yaxın Şərq üzrə mütəxəsis, politoloq Vüqar Zifəroğlu deyib: “Son illərdə Türk dövlətlərinin bir-birinə yaxınlaşmasının şahidi oluruq. Xüsusilə, Türkiyə və Azərbaycan istər dövlət, istər siyasi, istərsə də hərbi səviyyədə əlaqələrin qurulmasında son dərəcə önəmli rol oynayır. Bu yaxınlaşmanın müxtəlif […]

Doktor Fauçi: “Aprel ayına qədər COVID-19-a qarşı bütün amerikalılar üçün kifayət qədər vaksin olacaq”

İnfeksion xəstəliklər üzrə aparıcı amerikalı ekspert doktor Entoni Fauçi sentyabrın 23-də Konqresdə dinləmələrdə çıxış edib. Doktor Fauçi bildirib ki, onun fikrincə, gələn il aprel ayına qədər bütün amerikalıların immunlaşdırma prosesindən keçməsi üçün koronavirus əleyhinə kifayət qədər vaksin dozası olacaq. AZƏRTAC xəbər verir ki, doktor Fauçinin proqnozu bundan əvvəl tərtib olunmuş, keçən həftə Xəstəliklərə Nəzarət və […]

Azərbaycanda son sutkada 162 nəfər COVID-19-a yoluxub, 133 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Bu gün Azərbaycanda 19 şagird koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən bildirilib ki, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb. Bu gün daha 3 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 9-a çatıb. İndiyə qədər ölkə […]

Vergidən yayınmaq üçün işçi ilə əmək müqaviləsi bağlamırlar – VİDEO

Vamiq Şükürov – Hüquqşünas: “İşçilərin əmək müqaviləsi olmadan işləməsi daha çox işçilərin hüquqlarını pozur”. ARB TV-də yayımlanan “Günə doğru” verilişində əmək müqaviləsinin əhəmiyyəti ilə bağlı geniş sujet yayımlanıb. Tikintidə usta: “Yox, müqaviləsiz insanlarıq biz. Gələcəkdə olacaq”. İşəgötürənlərin işçiləri əmək müqaviləsi olmadan işlətməsinin bir sıra səbəbləri var. Əsas səbəb isə dövlət vergilərindən yayınmaqdır. Vamiq Şükürov – […]

Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümovun məhkəməsi başlayıb. APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 1-ə təyin edilib. Qeyd edək, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur. […]

Bakıda kütləvi dava – Yaralılar var

Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. 27 yaşlı İbrahim Qasımov və 24 yaşlı Mehdixan Cavadov beş nəfərlə kütləvi dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930