Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 065,4 milyon manat təşkil edib. Report Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 16,3%, son 1 ildə isə 28,6% azalıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. […]

Bakı sakininin “Topaz” kuponu zorla əlindən alınıb

Bakıda soyğunçuluq hadisəsi baş verib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olub. […]

Millimizin baş məşqçisi əməliyyat olundu

Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov əməliyyat olunub. Bu barədə “Report”a 74 yaşlı mütəxəssisin özü məlumat verib. Cəfərov ötən gün dişindən əməliyyat olunduğunu və hələ də ağrılar hiss etdiyini bildirib. AAF rəsmisi dişinin alt hissəsində problem yaranması ilə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyulduğunu söyləyib. Cəfərov hazırda […]

“İcazə verildiyi halda bu tədbirlər həyat kçiriləcək” – AQTA-dan toy açıqlaması

“Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, Agentlik əməkdaşları pandemiya dövründə şadlıq sarayları ilə əlaqədə olub: “Yəni restoranı, kafesi olan şadlıq sarayları nəzarət olunan məsələlərlə […]

İnsult keçirən meyxanaçı Ağakərimin yeni görüntüləri yayıldı – Video

Uzun müddətdir ki, səhhətində ciddi problem yaşanan meyxanaçı Ağakərimin sosial şəbəkədə yeni görüntüləri yayılıb. Musavat.com bildirir ki, meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimi ziyarət edib və bununla bağlı video görüntüləri öz “İnstagram” səhifəsində yayıb. Görüntüdə insult keçirən Ağakərimin danışmaqda çətinlik çəkdiyi aydın görünür. Xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin vaxtdan etibarən onun […]

Bakının iki rayonunun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq – XƏBƏRDARLIQ

Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq. “Azərsu” ASC-dən Musavat.com-a verilən məlumata görə, Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

Məryəm Üzərlinin çəkildiyi “Kovan” filmi sabah nümayiş olunacaq – Fotolar

Məryəm Üzərlinin çəkildiyi “Kovan” filmi sentyabrın 26-da nümayiş olunacaq. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, rejissor Eylem Kaftanın quruluş verdiyi, baş rollarında Məryəm Üzərli, Feyyaz Duman, Hakan Karsak, Burcu Salihoğlu və Dizem Kaftanın çəkildiyi “Kovan” (Pətək) filmi sentyabrın 26-dan nümayişə başlayır. İştirak etdiyi bir çox festivaldan mükafatla qayıdan Eylem Kaftanın ilk tammetrajlı filmi olan “Kovan” (Pətək) […]

Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1 047 məktəbəhazırlıq qrupuna 27 136 uşaq cəlb olunacaq. İdarədən Musavat.com-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-də başa çatıb. Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata […]

Hərbi vəziyyətin mühüm tələbi – S.U.S. – VİDEOÇARX

İkinci Qarabağ savaşının astanasında olduğumuz bir vaxtda düşmənə sirr verməmək, törədiləcək təxribatlardan ziyan görməmək üçün hər hansı sirr daşıya biləcək adamların ağzıbütöv olması vacibdir. Adicə dost-tanışa ya üz-üzə söhbətdə, ya da telefonla “bu gecə bizim rayondan çoxlu hərbi texnika keçdi” demək, artıq hərbi sirrin pozulmasıdır. Bu kimi informasiyaları sosial şəbəkələrdə, internet resurslarında yaymaq isə adamın […]

Parisdə naməlum şəxs insanlara hücum edib – Yaralananlar var

Fransanın paytaxtı Parisdə naməlum şəxs soyuq silahla insanlara hücum edib. Report BFM TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır. Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib. Qeyd olunub ki, hadisə “Şarli Hebdo” satirik jurnalının keçmiş binası qarşısında baş verib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930