AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq

Azərbaycan Televiziyası Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ərtoğrul” teleserialını yayımlayacaq. AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Musavat.com-a verdiyi məlumata görə , TV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına başlanılıb. Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək. Qeyd edək ki, 2014-cü ildən TRT-də yayımlanmağa […]

Dilarə Səlim efirə qayıtdı

Tanınmış teleaparıcı Dilarə Səlim yenidən efirə qayıdır. Azərbaycan Televiziyasından (AzTV) Musavat.com-a verilən məlumata görə, teleaparıcı “AzTV Xəbər”i aparacaq. O, hər şənbə günü saat 20:00-da efirə çıxacaq. Qeyd edək ki, D.Səlim 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. Daha sonra müxtəlif televiziyalarda işləyib. 2018-ci ildən isə AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktorudur. Azərbaycan Televiziyasının “AzTV Xəbər” proqramının yeni formatda və yeni […]

Salyanda avtomobillə qadını vurub qaçan şəxs saxlanıldı

Sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini M.Kərimova vurulub. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin […]

“Cənnət bağı”nda minlərlə ağac kəsməyə görə cinayət işi başlanıldı

Baş Prokurorluq qanunsuz ağac kəsmə ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları […]

Böyük Britaniyada koronavirus pandemiyasının yayılmasını izləyən yeni elektron tətbiq istifadəyə verilib

Böyük Britaniyada koronavirus pandemiyasının yayılmasını izləyən yeni elektron tətbiqetmə istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Milli Səhiyyə Sisteminə tabe olan yeni proqram koronavirusa yoluxmuş birinin yaxınlaşdığını təsbit etdikdə insanı 14 günlük özünü təcrid etməyə çağırır. Tətbiq koronavirusun daha sıx yayıldığı bölgəni ziyarət edən şəxsləri də xəbərdar edir. Elektron tətbiq 16 yaşdan yuxarı hər kəs tərəfindən […]

Çiplərlə bağlı TƏBİB rəsmisindən – AÇIQLAMA

“COVID-19 peyvəndi ilə insanları çipləşdirmək şayiədir, elmi əsası yoxdur”. Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində deyib: “Çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar onun üzərindən belə fikirləşirlər. Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf […]

Orqan transplantasiyası ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılır

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılır. Report xəbər verir ki, qanun layihəsi Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı

Son müddət ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8 809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən […]

Zelenskinin Bakıya zənginin pərdəarxası

Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı durmadan artır. Dağlıq Qarabağ və digər milli məsələlərimizdə haqq işimizi müdafiə edənlər getdikcə çoxalmaqdadır. Son olaraq, sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenskinin azərbaycanlı həmkarı prezident İlham Əliyevə etdiyi telefon zəngi bunu bir daha göstərdi. Söhbət əsnasında Ukrayna rəhbəri zəngindən bir həftə öncə təsdiqlədiyi “Ukraynanın milli təhlükəsizlik strategiyası haqqında” sənədə toxunaraq, […]

AİB Azərbaycana 450 min dollardan çox vəsait ayırıb

24 sentyabr 2020-ci il tarixində “Yeni klinika” tibb müəssisəsində Asiya İnkişaf Bankı (AİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə birgə “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsinin nəticələrinə həsr olunmuş hesabat tədbiri keçirib. Trend-in məlumatına görə, tədbirdə Agentliyin İdarə Heyəti […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930