Azərbaycanın tanınmış idmançıları orduya dəstək olur

Azərbaycan idmançıları cəbhə bölgəsində baş verənlərlə bağlı orduya dəstək olur.  “Report”un məlumatına görə, ölkənin tanınmış futbolçuları, güləşçiləri, cüdoçuları və digər idmançıları sosial şəbəkə hesablarından paylaşım ediblər. Bunlara misal olaraq Azərbaycan millisinin futbolçuları Renat Dadashov, yığmanın digər üzvvləri Riçard Almeyda, Qara Qarayev, Mahir Emreli, Araz Abdullayev, cüdoçu Rüstəm Orucov, güləşçilər Hacı Əliyev, Eldəniz Əzizlini göstərmək olar.

Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edilib

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) Musavat.com-a verilən məlumata görə, qeydiyyat 21 oktyabr 23:59-dək aparılacaq. DİM tərəfindən 23 oktyabr 2020-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. […]

Düşmənin yalan məlumatlar yayan saxta səhifələri:ONLARA İNANMAYIN! – YENİLƏNİB

Şanlı ordumuz bu gün səhər saatlarından başlayaraq ermənilərin təxribat və hücumlarına cavab olaraq, əks-hücum əməliyyatları həyata keçirir, indiyədək bir sıra yaşayış məntəqələrimizi işğaldan azad edilib. Ciddi itkilər verən, döyüş xəttində uduzan və panikaya düşən ermənilər informasiya məkanında təxribatlara başlayıb. Musavat.com ermənilərin idarə etdiyi və təxribat xarakterli, yalan məlumatlar yayan sosial şəbəkə səhifələrindən bir neçəsini təqdim […]

Prezidentin köməkçisi: “Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib”

“Dünən Ermənistanın təxribatından sonra dərhal Azərbaycan Ordusu əks həmlə əməliyyatı həyata keçirib”. “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, hazırda qoşunların təmas xətti boyunca hərbi əməliyyatlar davam etməkədir: “Onlar hər zaman mülki əhalini hədəfə alırlar. Bu gün Tərtərdə xalçaçılıq fabrikinə […]

Ceyhun Bayramov: “XİN Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb”

“Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan atəşkəs rejimini növbəti dəfə pozub, hərbçilərimiz və mülki şəxslər arasında həlak olan və yaralananlar olub”. APA-nın məlumatına görə, bunu bu gün keçirlən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib. C. Bayramov deyib ki, Azərbaycan Ordusu əks-həmlə tədbirləri görüb: “Xarici İşlər Nazirliyi məsələ ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını […]

“Legiya” “Qarabağ”la oyuna yeni məşqçi ilə çıxacaq

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşa təmsilçisi “Legiya”da yeni təyinat reallaşıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl baş məşqçi postuna gətirilən Çesnav Mixneviçin köməkçilərindən birinin adı açıqlanıb. Bu, 37 yaşlı Przemislav Maleçkidir. “Lex”in əvəzedici komandasının köməkçi-məşqçisi kimi fəaliyyət göstərmiş Maleçki bundan sonra Varşava klubunun əsas komandasında eyni funksiyanı icra edəcək. Onun yeni komandasında […]

Messinin uğuru 8 ildən sonra təkrarlandı

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati ulduz futbolçu Lionel Messinin uğurunu təkrarlayıb.  “Report”un “MisterChip”ə istinadən verdiyi məlumatına görə, 18 yaşlı hücumçu buna İspaniya La Liqasının III turunda “Vilyarreal”la matçda 20 dəqiqə ərzində dubl etməklə nail olub. İspaniyalı oyunçu 15-ci və 19-cu dəqiqələrdə fərqlənməklə 8 il ərzində ilk 20 dəqiqədə iki qol vuran ilk futbolçu kimi tarixə düşüb. […]

Baş Prokurorluq: “Mülki əhali arasında yaralananların sayı 26 nəfərə çatıb”

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir. Baş Prokurorluqdan APA-ya […]

Azərbaycanda qismən səfərbərlik elan edildi RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.  Musavat.com xəbər verir ki, sərəncamda deyilir: “1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin. 2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata […]

Azərbaycan ordusu 11 şəhid verdi – ADLAR

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (CDSI) kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, sentyabrın 26-27-də cəbhə xəttində baş verən toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin ən azı 11 hərbi qulluqçusu şəhid olub. Bununla yanaşı erməni hərbçilərinin təxribatı nəticəsində ən azı 5 mülki şəxs həlak olub, 6 nəfərsə yaralanıb. Şəhid olan hərbi qulluqçuların siyahısı: […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930