Latviyanın müdafiə naziri: “Azərbaycan əməliyyatları öz ərazisində aparır”

“Gerçəklik budur ki, 26 ildir ki, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb” Latviya Respublikası Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks 01.10.2020-ci il tarixində axşam saatlarında “RigaTV24” telekanalına müsahibəsində hazırda Qarabağ regionunda gedən hərbi əməliyyatlara da toxunub. Musavat.com A.Pabriksin hərbi əməliyyatlarla bağlı səsləndirdiyi fikirləri […]

Baş prokuror: “Ermənilərin hərbi cinayətləri ilə bağlı 5 cinayət işi başlanıb”

“Hərbi cinayətlərlə bağlı 5 cinayət işi başlanıb”. “Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, hərbi cinayətlərlə bağlı sübutları toplamaq nə qədər çətin olsa da, bir o qədər vacibdir: “Biz bu istiqamətdə sübutları toplamaqda davam edirik”.

84 yaşlı sabiq icra başçısı da döyüşmək istəyir- erməni dilini təmiz bilir…

Adil Nağıyev: “Bu dünyadan şəhid kimi köçmək istəyirəm” Sentyabrın 27-dən etibarən düşmənin təxribatından sonra başlayan Vətən Müharibəsində iştirak etmək istəyən könüllülərin sayı hər keçən gün artmaqdadır. Yaşından asılı olmayaraq, hər kəs ordumuzun yanında olmaq istəyir. Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev də könüllü savaşmaq istəyənlərin sırasındadır. Bu barədə Musavat.com-a onun özü məlumat verib: “Uzun […]

Qənirə Paşayeva: “Pakistanın tutduğu mövqe ölkəmizdə böyük rəğbətlə qarşılanır”

Milli Məclisin üzvü Qənirə Paşayeva dost və qardaş Pakistan İslam Respublikasının Milli Assambleyasında fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupu əlaqələndiricisi cənab Murteza Caved Abbasi və Senatda fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupu əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmudla görüşündən yazıb. Millət vəkili qeyd edib: Rəhbərlik etdiyim Pakistan-Azərbaycan parlamentlərarası işçi qrupu adından Pakistanın siyasi rəhbərliyinin Azərbaycan torpaqlarının işğaldan azad […]

50 siyasi partiyanın rəhbərləri Azərbaycan Ordusuna, Ali Baş Komandana dəstəklərini ifadə ediblər

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir […]

Ermənilər media nümayəndələrinə qarşı növbəti təxribata əl atıb

Azərbaycan ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır. Belə ki, bu dəfə düşmən yerli media nümayəndələrini hədəf alıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Məlumata görə, Azərbaycandan olan bir qrup jurnalist və bloggerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən “iş […]

Düsseldorfda Qarabağ aksiyası – “Qarabağ bizimdir, bizim olacaq”

Bu dəqiqələrdə Almaniyanın Düsseldorf və ona yaxın şəhərlərdə yaşayan həmvətənlərimiz toplaşaraq aksiya keçirirlər. Həmvətənlərimiz Qarabağda əks-hücum əməliyyatları aparan Azərbaycan dövlətinə dəstəklərini ifadə edir, Ermənistanın aqressiyasına son qoyulmasına dair şüarlar səsləndirirlər. “Qarabağ bizimdir, bizim olacaq” şüarının leytmotivliyi ilə keçirilən aksiyada yüzlərlə həmvətənimiz iştirak edib, fəalları çıxış edərək Ermənistanın təcavüzkarlığından, ölkəmizin ərazisinin 20 faizini işğal etməsindən, 25 […]

Milli Məclisin sədri və deputatlar Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür

Milli Məclisin sədri və deputatlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür. Parlamentdən Musavat.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər. Azərbaycan Respublikasının […]

Ermənilərin öldürdüyü və yaraladığı mülki əhalinin STATİSTİKASI

“Ermənistan silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr tarixindən hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub”.  “Report” xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev  Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə […]

ƏƏSMN işğaldan azad edilməkdə olan ərazilərimizdə göstərəcəyi xidmətləri açıqlayıb FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad edilməkdə olan ərazilərimizdə göstərəcəyi xidmətlərlə bağlı ilkin statistikanı təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a bildirilib ki, Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək. O GÜN UZAQDA DEYİL… QƏLƏBƏ BİZİMLƏDİR!  

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031