Lavrov Moskva danışıqları zamanı Çavuşoğlunu məlumatlandırdığını bildirib

“Moskvada qəbul olunan birgə bəyanatda danışıqlar prosesinin, danışıqlar formatının dəyişməz olduğu təsdiqlənib”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında deyib. Rusiya XİN başçısı Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulmasının mümkünlüyünə münasibət bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu olduqca […]

Amerikalı ekspertlər qısamüddətli atəşkəs və Gəncənin raketlə vurulması barədə rəylərini bildiriblər

Vaşinqtondakı Xəzər Siyasi Mərkəzi ilə əməkdaşlıq edən beynəlxalq münasibətlər sahəsində amerikalı ekspertlər erməni təcavüzünün davam etməsi, Qarabağ münaqişəsində qısamüddətli atəşkəs və Gəncənin raket atəşinə tutulması barədə rəylərini bildiriblər. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda Ermənistanla Azərbaycan arasında döyüş əməliyyatları yenidən başlanandan sonra silahlı münaqişə geniş miqyas alıb, Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Dağlıq […]

DB rəhbəri COVID-19-un yaratdığı böhranı Böyük Depressiya ilə müqayisə edib

“COVID-19 pandemiyasının yaratdığı böhran iqtisadi depressiya kimi qiymətləndirilməlidir”. “Report” xəbər verir ki, bunu Dünya Bankının (DB) rəhbəri Devid Melpas İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib. “Ötən əsrin 30-cu illərində depressiya bəzi ölkələrdə 10 il və daha çox davam etdi. Ümid edirəm ki, həm hökumətlərin, həm də özəl sektorun addımları nəticəsində bu dəfə daha qısamüddətli olacaq. İnsanlarda daha […]

Neftin qiyməti yenə düşür

Neftin başlıca markaları ötən həftə xeyli bahalaşdıqdan sonra yenə ucuzlaşır. “Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasındakı hərracda bu gün Bakı vaxtı ilə saat 9.22-də “Brent” markalı neft 0,89 faiz ucuzlaşaraq 42,47 ABŞ dollarından satılıb. Cümə günü isə həmin neft 1,1 faiz ucuzlaşmışdı. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neft cümə günü 1,4 faiz ucuzlaşdıqdan sonra […]

MN: Ermənilərin Azərbaycana məxsus Su-25 təyyarəsinin “vurulması” ilə bağlı yaydığı məlumat yalandır

“Ermənistan müdafiə nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır”. Musavat.com-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O qeyd edib ki, Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur: “Biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik”.

Lavrov: “Ümid edirik ki, humanitar atəşkəsə bütün tərəflər tam əməl edəcək”

Rusiya ümid edir ki, Dağlıq Qarabağla bağlı humanitar atəşkəsə bütün tərəflər tam əməl edəcəklər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında bildirib. O, danışıqların bərpa olunmasının gecikdirilməsinin düzgün olmadığını qeyd edib: “Danışıqlar prosesinin bərpa olunmasını uzatmaq düzgün deyil”.

Bişkekdə fövqəladə vəziyyət rejimi uzadıldı

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov paytaxt Bişkekdə fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzadıb. “Report” “24.kg”ya istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası prezidentinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, 2020-ci il oktyabrın 12-dən 19-dək saat 20:00-dan 07:00-dək Bişkekdə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq. Qırğızıstan daxili işlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekin komendantı təyin olunub. Qeyd edək ki, S.Jeenbekov tərəfindən Bişkekdə fövqəladə […]

Sabah hava yağmursuz keçəcək

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Oktyabrın […]

Düşmənin yaydığı saxta xəbərlər – İNANMAYIN!

Cəbhədə, diplomatik masada və eyni zamanda informasiya savaşında Azərbaycana məğlub olan düşmən saxta xəbərlərlə həm erməni xalqını, həm dünyanı aldatmağa çalışır, həm də Azərbaycan cəmiyyətində təxribatlar törətməyə cəhd edir. Davamlı olaraq düşmənin saxta xəbər yayan sosial şəbəkə səhifələrini, habelə saytlarda yaydıqları saxta xəbərləri ifşa edirik. İfşa olunan daha bir neçə fake xəbəri diqqətinizə çatdırır – […]

Şanxay Əməkdaşlıq Təşkilatının Çindəki sərgisi COVID-19-a görə təxirə salınıb

Bu ilin 16-18 oktyabr tarixlərində Çinin Tsindao şəhərində keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq Ticarət və İnvestisiya Sərgisi koronavirus təhlükəsi səbəbindən təxirə salınıb. “APA-Economics” xəbər verir ki, bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla sərgidə 600-dən çox çinli və xarici şirkətin iştirakı gözlənilirdi. Sərgidə maliyyə, kənd […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031