Çavuşoğlu: “Atəşkəslə birgə Ermənistana Azərbaycan ərazilərindən çəkil çağırışı da olmalıdır”

“Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və meydanda dəstəkləyəcəyik”. “Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. “Heç kəs müharibə istəməz. Atəşkəs çağırışlarından əlavə, Ermənistana da Azərbaycan ərazilərindən çəkil çağırışı olarsa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları xatırladaraq çağırışlar edilərsə, o zaman beynəlxalq ictimaiyyətin bu problemi həll etmə arzunu görə bilərik. […]

Azərbaycan millisinin Kiprlə oyun üçün “23-lüy”ü açıqlanıb

Azərbaycan millisinin Kiprlə matçının sifariş vərəqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi Millətlər Liqasının IV turunun səfər oyunu üçün “23-lüy”ü müəyyənləşdirib. İtaliyalı mütəxəssisin sərəncamında olan 25 futbolçudan ikisi heyətdən kənarda qalıb. Bunlar cəzalı Bədavi Hüseynov və zədəli Maksim Medvedevdir. Onların yoxluğunda 5 nömrəli formanı Şəhriyar Əliyev, 15-i isə Namiq Ələsgərov götürüb. […]

Türkiyədən erməni təxribatları zamanı evləri dağılan vətəndaşlarımıza yadımlar gətirilir

Türkiyənin Qızıl Aypara Cəmiyyəti erməni təxribatları zamanı evləri dağılan Azərbaycan vətəndaşlarına yardım göndərməkdə davam edir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına cəmiyyətin nümayəndəsi Osman Barış Diker bildirib. O qeyd edib ki, Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınıkın təlimatı ilə 4 gün əvvəl Ankaradan Bakıya yola düşüblər: “Bu gün isə qardaş ölkə Azərbaycana […]

Bitkoinin qiyməti bahalaşıb ən yüksək həddə çatdı

Ən geniş yayılmış kriptovalyuta olan bitkoin bugünkü hərraclarda sentyabr ayının əvvəlindən etibarən ən yüksək həddədək bahalaşıb. “Report” “CoinMarketCap”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10.46-da bitkoin 0,68 faiz bahalaşaraq 11.473 ABŞ dollarından, ən çox kriptovalyuta satılan “Binance” birjasındakı hərracda isə 1,15 faiz bahalaşaraq 11.472 dollardan satılıb. Bundan əvvəl buitkoin 2 sentyabr tarixindən sonra ilk dəfə 11.700 dollar səviyyəsinə çatmışdı. […]

BBC Gəncədən reportaj hazırladı: Bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır

BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb. “Report” xəbər verir ki, reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir. Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim […]

Qarabağda çaxnaşma: Arutyunyan harada gizlənib?

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları türk mediasına əsas gündəm mövzusudur. Teleqraf.com xəbər verir ki, Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzeti Azərbaycan Ordusunun Qarabağ separatçıları arasında çaxnaşma yaratdığını yazıb. Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyanın qorxusundan sığınacaqda gizləndiyini yazan nəşr qeyd edir: “Azərbaycanın işğal olunmuş əraziləri qurtarmaq […]

TAP kəmərinin tikintisi tamamlandı

Azərbaycan təbii qazını Avropaya nəql edilməsini nəzərdə tutan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 4 il yarımdan çox davam edən tikintisi başa çatıb. “Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb. Bildirilib ki, TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub. Məlumatda deyilir ki, hazırda TAP ticari əməliyyatlara başlamaq üçün […]

Polkovnik Vaqif Dərgahlı: “Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir”

“Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir”. Musavat.com  xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. “Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir”, – V.Dərgahlı deyib.

Hər gün ölü siyahısı yayan ermənilərin yeni itkiləri – rəsmi

Ermənistan Qarabağ döyüşlərində Azərbaycan ordusu tərəfindən məhv edilmiş hərbçilərin yeni siyahısını açıqlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan son döyüşlər zamanı daha 17 hərbçinin öldürüldüyünü etiraf edib. İşğalçı ölkə iddia edir ki, 27 sentyabrdan bu günədək davam edən döyüşlərdə 542 hərbçi itirib. Ancaq Azərbaycan tərəf bəyan edir ki, düşmənin itkiləri qat-qat çoxdur. Fakt […]

Günün vətənpərvəri: ordumuza 50 min dollar ianə edən Qusman – ermənilər ondan şikayətçidir

Şəkildə gördüyünüz bu kişi Rusiyanın ən qədim və ən böyük TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır. Mixail Qusman Bakıda doğulub-böyüyüb və o, əsl Azərbaycan vətənpərvəridir. Dünən o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib, fonda 50 min dollar vəsait köçürüb. Hazırda ermənilər onun cəzalandırılması üçün rəsmi Moskvaya, Kremlə şikayət edirlər ki, Qusman […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031