Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirdi

Gürcüstanın azərbaycanlı, osetin, Ukrayna icmalarının və mühacirətdə olan Abxaziya hökuməti nümayəndələrinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Tbilisidə Parlament binasının qarşısında aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən məlumata görə, aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket […]

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb. APA-nın xəbərinə görə, raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Raketin qalıqları əkin sahəsinə düşüb.

İbrahim Kalın Azərbaycanı təbrik edib

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib. Musavat.com-un məlumatına göə, Prezdent Aparatı sözçüsünün rəsmi “twitter” hesabında etdiyi paylaşımda deyilir: “Azərbaycan, Müstəqillik gününüz mübarək. Türkiyə və Azərbaycan, əl-ələ, çiyin-çiyinə hər cür təhdidə qarşı ürəklə mübarizəsini davam etdirəcək. Həm meydanda, həm də masada haqqını və hüququnu kimsəyə yedirtməyəcək”.

Azərbaycandakı aşkenazilərin baş ravvini Gəncədəki Yəhudi Dini Icmasının üzvləri ilə görüşüb – FOTO

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal oktyabrın 18-də Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb. APA-nın yerli bürosu xəbər verir ki, görüşdə baş ravvinə Ermənistan ordusunun törətdiyi terror, dinc əhalini hədəfə alması barədə məlumat verilib.

Varşavada Gəncə terroruna etiraz edilib FOTO

Polşanın paytaxtı Varşava şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yenidən raket atəşinə tutması, mülki şəxslərin, günahsız insanların və azyaşlıların həlak olmasına etiraz əlaməti olaraq aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurası və Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya paytaxtın mərkəzi Plac Zamkovı meydanında baş tutub. […]

Niderlandda Ermənistanın raket zərbələrindən Gəncədə həlak olan mülki insanların xatirəsi ehtiramla anılıb

Niderland Krallığındakı səfirliyimizin qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış massivini yenidən raket atəşinə tutması nəticəsində həlak olmuş mülki, günahsız insanların və azyaşlıların xatirəsi ehtiramla yad edilib. AZƏRTAC xəbər verir ki, Niderlandda yaşayan soydaşlarımız Ermənistanın Gəncənin yaşayış massivini yenidən raket atəşinə tutmasına etirazlarını ifadə ediblər. Səfirliyin qarşısında asılmış Gəncədə həlak olan […]

Azərbaycanda daha 647 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb. Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 037 nəfər müalicə olunaraq […]

 Mustafa Şentopun Azərbaycana səfəri başlayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Qeyd edək ki, TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxış etməsi nəzərdə tutulub.

Vyetnamda torpaq sürüşməsi nəticəsində 22 hərbçi dağıntı altında qalıb

Vyetnamda son günlər yağan şiddətli yağışların əmələ gətirdiyi torpaq sürüşməsi nəticəsində ən azı 22 hərbçi dağıntı altında qalıb. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Vyetnamın mərkəzi hissəsində yerləşən Quanqtri vilayətində səhər saatlarında baş verib. Sürüşmə nəticəsində Vyetnam ordusunun 4-cü korpusuna aid hərbi hissənin birinin kazarması dağılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Bir neçə […]

Azərbaycanda ictimai iaşә dövriyyәsi 2 dəfədən çox azalıb

Dünyada koronavirus infeksiyasının sürәtlә yayılması әksәr ölkәlәrin turizm sektoruna da öz mәnfi tәsirini göstәrib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, bu hal ölkәmizdә dә müşahidә olunub vә cari ilin yanvar-sentyabr aylarında ötәn ilin eyni dövrü ilә müqayisәdә turizm infrastrukturunun әsas elementlәrindәn olan ictimai iaşә müәssisәlәrinin göstәricilәrindә azalma qeydә alınıb. Azalmanın әsas […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031