MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

“Ermənistan tərəfi humanitar atəşkəsdən öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrud və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn […]

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib FOTO YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com-un xəbərinə görə, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop: Xoş gördük. Prezident İlham Əliyev: Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin […]

Moldovada keçirilən tədbirdə Ermənistanın müharibə cinayətləri pislənib

Azərbaycanın Moldovadakı səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə yaxın həmvətənimiz iştirak edib. Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov ölkəmizin […]

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda diri çәkidә әt istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 387,1 min ton, süd istehsalı 1,8% artaraq 1 602,1 min ton, yumurta istehsalı 5,9% artaraq 1 467,9 mln. әdәd, yun istehsalı isə 0,4% artaraq 15,9 min ton olub. “APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. […]

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq. Bu barədə “Report”a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib. Məlumata görə, bu məqsədlə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi şirkətin seçilməsi nəzərdə tutulub. Bunun üçün isə açıq tender elan edilib. Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən […]

TBMM sədri: “Həmsədr dövlətlərin Ermənistana silah yardımı etdiyi məlumdur”

“Dünya dəyişir, müharibə cinayətlərini törədənlər cəzalandırılır”. APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib. M. Şentop deyib ki, Xocalı soyqırımı olanda dünyada bir sistemsizlik vardı: “Artıq Xocalı soyqırımının olduğu dünyada yaşamırıq, başqa dünyada yaşayırıq”. TBMM sədri qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Ermənistana silah yardımı […]

SON DƏQİQƏ: Ermənistan Ağcabədi və Tərtərə raket atıb, mülki şəxs yaralanıb

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, 18.10.2020-ci il tarixdə səhər saatlarından düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq […]

Paşinyanın öz 6 sualına 6 cavabı – işğalçı hələ də güzəştə getmək istəmir

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində Qarabağda yaranmış vəziyyətə dair altı suala cavab yazıb. Paşinyanın özünün qoyduğu suallara cavabı belədir: 1. Bu müharibə nə üçün lazımdır? Qarabağın statusu üçün. 2. Biz müharibədən qaça bilərdikmi? Bəli. Əgər əraziləri geri versəydik və Qarabağın qeyri-müəyyən statusuna və statusun sonradan korrektə edilməsi mexanizminin olmaması ilə razılaşsaydıq. 3. Biz Qarabağ […]

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib FOTO

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində icazəli aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a bildirilib ki, Aksiya BMT Baş Qərargahının qarşısında yüzlərlə azərbaycanlının iştirakı ilə baş tutub. Filadelfiya, Nyu-Cersi, Meyn, Vaşinqton, Virciniya, Karolina və digər ətraf ştatlardan da çoxlu sayda həmvətənimizin qatıldığı aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ingilis dilində “Erməni yalanlarına son […]

Prezident Xudafərinə görə Elçin Quliyevi təbrik etdi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031