Ermənilərin Avropa çempionu Qarabağda məhv edildi – FOTO

Avropa Pauerliftinq Çempionatının bir neçə dəfə qalibi olmuş və işğalçı Ermənistan ordusunda xidmət etmiş Albert Dadoyan işğal altındakı Dağlıq Qarabağda gedən döyüşlər zamanı zərərsizləşdirilib. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi hərbçilərindən 710 nəfərin ölümünü təsdiqləyib. Reallıqda bu rəqəm dəfələrlə çox olsa da, Ermənistan hakimiyyəti bu rəqəmləri ictimaiyyətdən gizlədir.    

Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibə verib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibə verib. Musavat.com müsahibəni təqdim edir:

Azərbaycan ordusu daha 13 kəndi işğaldan azad etdi: Prezident açıqladı

Prezident İlham Əliyev “Twitter” hesabında işğaldan azad edilmiş torpaqlarımızın siyahısını açıqlayıb. Dövlət başçısının paylaşımında deyilir: “Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”

Millimizin sabiq futbolçusu pula görə klubundan ayrılır

“Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi İsrailin “Makkabi” (Petah-Tikva) komandasından ayrılmağa hazırlaşır. “Report” “One” nəşrinə istinadən xəbər verir ki, səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır. Klubu Babayevin maaşını azatlmaq istəsə də, təcrübəli oyunçu bundan imtina edib. Nəticədə tərəflər arasında münasibətdə soyuqluq yaranıb. Qeyd edək ki, 2018-ci ildə “Sumqayıt”da […]

MHP: Təpələrinə vura-vura Qarabağ alınmalıdır

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) sosial şəbəkədə Azərbaycana dəstəyini nümayiş etdirib. “Report” xəbər verir ki, MHP-nin tvitter səhifəsində paylaşılan dəstək videosunda partiya sədri Dövlət Bağçalının Azərbaycan ilə bağlı nitqləri və Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları yer alıb. “Təpələrinə vura-vura Qarabağ alınmalıdır”, – paylaşımda azərbaycanca qeyd olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031