Ərdoğan: “İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib. “İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə […]

Ermənilər Qarabağa görə İspaniya-Fransa magistralını kəsiblər

Ermənilər İspaniyadan Fransaya aparan magistralı kəsərək qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasını, Türkiyənin Azərbaycana silah verməsinin dayandırılmasını tələb ediblər.  Ermənistan mediasının yaydığı xəbərə görə, etiraz edənlər bildiriblər ki, onlar magistralı İspaniyanın əsas telekanallarından birinin canlı efirində onların etiraz aksiyasını işıqlandırmasından və tələblərinin səsləndirməsindən sonra açacaqlar. Ermənilər qeyd ediblər ki,ispanlar Qarabağda nə baş verdiyini bilmirlər, ona görə […]

Türkiyə XİN ASALA-nın hücumu nəticəsində Fransada qətlə yetirilən türk diplomatla bağlı paylaşım edib

Türkiyənin Xarici İşlər Nazirliyi ASALA terror təşkilatının hücumu nəticəsində Fransada qətlə yetirilən türk diplomatla bağlı paylaşım edib. APA-nın məlumatına görə, paylaşımda deyilir: “Terror təşkilatı ASALA-nın mənfur hücumu nəticəsində 24 oktyabr 1975-ci ildə Parisdə şəhid olan səfirimiz İsmail Erez və sürücüsü Talip Yeneri hörmət və mərhəmətlə yad edirik”.

DMX əcnəbilərə müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Musavat.com xəbər verir ki daxil olan müraciətdə deyilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Qərarı ilə 2020-ci il 24 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Mingəçevir şəhərinə, Ağstafa, […]

Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vəfat edib. İndiyədək ölkədə ümumilikdə 49 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 051 nəfər müalicə olunaraq […]

“Pandemiyaya son qoymağa çox az vaxt qaldı …” – Türkiyəli professor hazırladığı peyvənddən danışdı

Uğur Şahin: “Lisenziyanın tez veriləcəyi təqdirdə noyabr ayının 3-dən etibarən satışa başlayacağıq” Türkiyəli prof. Dr. Uğur Şahinin rəhbərlik etdiyi “BioNTech” Şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvənd dünyanın gündəmini zəbt edib. Məlumdur ki, dünya təxminən bir ildir ki, pandemiya ilə mübarizə aparır. İndiyə qədər dünyada milyonlarla insan koronavirusa yoluxub. 1 milyondan çox insan ölüb, bu virusa […]

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan öz torpaqlarını geri almağa başlayıb”

Azərbaycan öz torpaqlarını geri almağa başlayıb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib. Ərdoğan çıxışında Azərbaycan xalqını azad edilən torpaqlar münasibətilə təbrik edib.

İranda 8 ton ehtiyatı olan qızıl mədəni aşkarlanıb

İranın Sistan-Bəlucistan vilayətində 8 ton ehtiyatı olan qızıl mədəni aşkar edilib. AZƏRTAC xəbər verir ki, bu barədə vilayət administrasiyasının nümayəndəsi Məndan Zəncənə deyib. O bildirib ki, aparılan kəşfiyyat işləri nəticəsində aşkar edilən mədənin yaxın vaxtlarda istismarına başlanacaq. Qızılın çıxarılması və dünya bazarına göndərilməsi üçün investisiyanın da zəruri olduğunu bildirən M.Zəncənə bu istiqamətdə işlərin həyata keçirildiyini […]

Neftin qiyməti koronavirusun ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır. AZƏRTAC xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar “qara qızıl”ın qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir. Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə […]

Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu – Nazir

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb. Trend-in məlumatına görə, nazir bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu. Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031