Müqavimət qırıldı, Azərbaycan Ordusu irəliləyir – Avrasiyanet

Dağlıq Qarabağda eskalasiyanın başlamasından dörd həftə keçir, amma erməni silahlı qüvvələri artıq acınacaqlı vəziyyətə düşüb. Azərbaycan PUA-ları və artilleriyası onları geri çəkilməyə məcbur edir. İtkilərinin yerini doldura bilməyən aciz erməni ordusu isə mövqelərini itirir. Konkret.az  xəbər verir ki, bu barədə “Avrasiyanet”də (Eurasianet) Dağlıq Qarabağda Ermənistan ordusunun hərbi vəziyyətinin qeyri-müəyyən olması barədə dərc edilən məqalədə bildirilib. […]

Məşhur opera müğənnisi olacaqkən, əsgər oldu və öldü

Ermənistan və Azərbaycan qoşunları arasında Qarabağda gedən qızğın döyüşlərdə gənc opera müğənnisi, Komitas adına İrəvan dövlət konservatoriyasının tələbəsi Qor Tumanyan həlak olub. Bu barədə erməni mediası xəbər yayıb. Bildirilir ki, sosial şəbəkədə onun ölüm xəbəri çıxışlarından birindən – Tiqran Çuxacyanın “Ləbləbiçi” operasından fraqmentin müşayiəti ilə yayılıb. Qor Tumanyanın hansı şəraitdə və cəbhənin hansı istiqamətində öldüyü […]

“Samsung”un rəhbəri vəfat edib

“Samsung” şirkətinin rəhbəri Li Qon Hi dünyasını dəyişib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə o, Seul şəhərindəki xəstəxanaların birində vəfat edib. 1942-ci ildə doğulan Li Qon Hi 1987-ci ildə “Samsung”un sədri vəzifəsində şirkətin qurucusu olan atasını əvəzləyib. 2014-cü ildə Li Qon Hi ürək tutması keçirib, bundan sonra korporasiyaya nəzarət oğlu, vite-prezident Li Çje Yona […]

Ermənilər Vardenis (Sotk) – Kəlbəcər yolunu aça bilmirlər!

Ermənilər Vardenis (Sotk) – Kəlbəcər yolunu aça bilmirlər. Musavat.com xəbər verir ki, bu barədə “Sputnik” agentliyinin Ermənistandakı redaksiyası məlumat yayıb. Səbəb kimi Azərbaycan hərbi qüvvələrinin həmin yola yaxın ərazilərdə əməliyyatlar aparması göstərilib. Vardenis-Kəlbəcər yolu artıq 3 həftədən çoxdur ki, bağlıdır.

Levandovskidən Bundesliqa rekordu

“Bavariya”nın futbolçusu Robert Levandovski Bundesliqa üçün yeni rekord müəyyənləşdirib. Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna 5-ci turda “Ayntraxt”la matçda (5:0) nail olub. Görüşün 10, 26 və 60-cı dəqiqələrində fərqlənməklə het-trik edən polşalı oyunçu çempionatın ilk 5 turunda 10 qol vurmağı bacaran ilk futbolçu kimi rekorda imza atıb. Bundan əlavə, Polşalı […]

Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötüb

Rusiyada son sutka ərzində daha 16 710 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 513 877 nəfərə çatıb. Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə […]

Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib. Qurumun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır. Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır. […]

Bakıda koronavirusa ən çox yoluxma Binəqədi rayonundadır

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Musavat.com “koronavirus.info”ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, hazırda Binəqədidə COVİD-19 infeksiyasına yoluxma 14.5 faiz, Xətaidə 12.6 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 7.9 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 7.0 faiz, , Xəzərdə 5.7 faiz, Səbaildə […]

Prezident: “Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi”

“Əslində, biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər”. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib. “Belə bir hadisə Ermənistanın bizə hücum […]

İlham Əliyev: “Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur”

ABŞ rəhbəri Donald Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib. “Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031