Azərbaycan nefti həftə ərzində cüzi bahalaşıb

Ötən həftə ərzində (19 – 23 oktyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 42,21 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,33 dollar və ya 0,78% çoxdur. “APA-Economics”in məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (IV gün) – 42,63 dollar təşkil edib, ən […]

ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti Amerika mətbuatında müzakirə olunub

ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik Con Batchelor Şou radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb. Verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri […]

XİN: Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb. Musavat.com xəbər verir ki, açıqlamada deyilir: “26 oktyabr tarxində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb. Növbəti, […]

Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib

Oktyabrın 25-də saat 16 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü Mustafayev İsa Göyalı oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Şəmkir Rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. […]

Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub RƏSMİ

Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Musavat.com-un xəbərinə görə. bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Çinin Kaşğar şəhərinə giriş-çıxış dayandırılıb

Çinin Sincan Uyğur muxtar bölgəsinin Kaşğar şəhərində 138 nəfərin COVID-19 virusuna yoluxması aşkarlandıqdan sonra şəhərə giriş-çıxış dayandırılıb. AZƏRTAC Kaşğar prefekturasının hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, oktyabrın 24-də Şufu rayonunda bir nəfərin virusa yoluxması təsdiqləndikdən sonra prefekturada kütləvi test prosesinə başlanılıb. İndiyədək 2,83 milyon nəfər testdən keçib, 334 min nümunənin cavabları çıxıb və nəticədə […]

MN: Düşmən Ağdam rayonunu atəşə tutur

Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031