İşəgötürənlər işçilərinin icbari tibbi sığortalanmasını təmin edəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. “Report” xəbər verir ki, Məcəlləyə yeni maddənin “Maddə 307-1. İşçilərin icbari tibbi sığortası” əlavə edilməsi təklif olunur. Yeni maddəyə əsasən, işəgötürən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində […]

Məşhur aktyorun atası koronavirusdan öldü – FOTO

“Kaybolan yıllar” serialındakı Esmer obrazı ilə məşhurlaşan aktyor Saruhan Hünele ağır itki üz verib. Musavat.com xəbər verir ki, bu barədə sənətçinin müğənni bacısı Aslı Hünel “İnstagram” səhifəsində yazıb. O bildirib ki, ataları Mehmet Hünel vəfat edib və onun ölüm səbəbi koronavirus olub. Qeyd edək ki, F.Hünelin 6 gün öncə Covid-19-a yoluxduğu bildirilmişdi.

Ermənistan Əks-kəşfiyyat idarəsinin rəisi işdən azad edilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Ohanes Karumyan işdən azad olunub. “Report” “News.am”a istinadən xəbər verir ki, MTX-nin Mətbuat Xidməti O.Karumyanın işdən azad olunmasının səbəblərini açıqlamayıb.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qayda dəyişir

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydaya dəyişiklik edilir. “Report” xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Məcəllənin 13-cü maddəsinin (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) 13.2-ci bəndinə təklif edilən dəyişikliklə Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə […]

Düşmənin atdığı “Smerç” Tərtərdə evi dağıdıb

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub. Musavat.com “Report”a istinadən xəbər verir ki, düşmən tərəfindən atılan “Smerç” raketi şəhərin mərkəzi küçələrində yerləşən evlərin birinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Ermənistan ordusundakı özbaşınalığın əks olunduğu videogörüntü təsdiqini tapıb

Ötən gün sosial şəbəkələrin Ermənistan seqmentində cəbhədə Ermənistan ordusunda xidmət aparan polis əməkdaşlarının silah və qida ilə bağlı problemlərin yer aldığı videogörüntü geniş şəkildə yayılıb.  APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, həmin videogörüntü təsdiqini tapıb. Belə ki, Ermənistan polisi məsələ ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, videogörüntlü ilə əlaqədar xidməti araşdırma aparılır, araşdırmanın […]

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid”in səfər sınağı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək. “Report”un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək. Turnirin son qalibi Almaniya “Bavariya”sı Moskvada Rusiyanın “Lokomotiv” komandasının qonağı olacaq. A qrupunun digər görüşündə “Atletiko” İspaniyada Avstriya “Zaltsburq”unu qəbul edəcək. İlk turda məğlub olan İspaniyanın “Real Madrid” komandası Almaniyada Mönhenqladbax “Borussiya”sı ilə […]

Sumqayıtda 3 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Oktyabrın 24-də Sumqayıt şəhərinin Sülh küçəsində yolu keçmək istəyən 1939-cu il təvəllüdlü Əliyev Yusif Məhəmmədəli oğlunu avtomobil vurub. Ağır xəsarət alan 81 yaşlı kişi Bakıda xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Y. Əliyev bu gün ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Prezident: “Onlar düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik”

“Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın […]

İlham Əliyev hərbi əməliyyatları hansı şərtlər altında dayandıracağını açıqlayıb

“Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031