AMB: Azərbaycanın bank sektorundakı vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının azalması gözlənilmir, əksinə, artım baş verə bilər. “APA-Economics”in məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında çıxış edən bankın sədri Elman Rüstəmov deyib. “Bizim proqnozumuza görə, bankın rəsmi valyuta ehtiyatları stabil qalacaq və yaxud bir qədər artacaq”, – deyə AMB sədri qeyd edib. Bank sektorunun […]

Baş prokuror “Human Rights Watch”a cavab verib

“Human Rights Watch”un hesabatında deyilir ki, Baş Prokurorluğun bəyanatında Bərdədə 21 nəfər öldüyü, 70 nəfərin yaralandığı bilddirilir, amma prokurorluğun bəyanatından aydın deyil ki, bunların hamısı raket zərbələrindənmi ölub”. APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının […]

AMB sədri: “İstehlak kreditlərinin restruktizasiyası üzrə müraciətlərin 87%-i icra olunub”

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən prudensial tədbirlər ilin sonuna qədər uzadılıb. Tədbir üzrə ilkin müəyyən olunmuş tarixədək (sentyabrın 30-na) 1,4 mlrd. məbləğində kreditlərin restrukturizasiyası üzrə müraciətlər icra edilib. “APA-Economics”in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bu müraciətlərin biznes kreditlər üzrə 88%-i, […]

Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı

Rusiyada koronavirusa yoluxanların sayı 1,59 milyon nəfəri keçib. Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 18 283 nəfər virusa yoluxub, 355 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 1 599 976 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 656 nəfərə çatıb. Ölkə ərazisində ümumilikdə 1 200 560 nəfər virusdan sağalıb, 371 760 nəfərin müalicəsi isə […]

Hikmət Hacıyev: “Ermənistan rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub”

“Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub”. “Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən deyib. O qeyd edib ki, Azərbaycanda mülki əhaliyə qarşı cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənilərin törətdiyi terror aktları ilə bağlı başlanan 52 cinayət işinin istintaqı davam edir

27 sentyabr tarixindən 30 oktyabra qədər olan vaxt ərzində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla istintaq olunur. Musavat.com-un məlumatına görə, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, 45 cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində istintaq edilir: “Onlardan 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji […]

Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib

Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Bişkek şəhərində anım mərasimi keçirilib. Tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi ehtiramla yad edilib. Musavat.com xəbər verir ki, mərasimdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin və terror qurbanlarının […]

Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib. Musavat.com-un xəbərinə görə. bu barədə Müdafiə nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. “Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş […]

“Paşinyan özünü qorumağa çalışır, Putin isə istəmir” – Brayza

Paşinyan hazırda siyasi mövcudluğunu qoruyub saxlaya bilmək üçün əlləşir. Bu sözləri Axar.az-a ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Paşinyanın hazırki siyasi vəziyyətini şərh edərkən deyib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndə Ermənistanı ABŞ-a və Qərbə yaxınlaşdırmaq, Rusiyadan uzaqlaşdırmaq istəyirdi: “Buna uyğun olaraq, 2018-ci ilin sonlarında Düşənbədə Prezident Əliyevlə görüşdükdən sonra münaqişənin sülh yolu ilə həllinə […]

Dünya bazarlarında təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. “APA-Economics”in məlumatına görə, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1% artaraq 3,33 ABŞ dolları təşkil edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031