MN: Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur

Noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

Ermənistanda çoxlu sayda əsgər və zabit yoxa çıxdı — ŞOK RƏQƏM

Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmiş 49971 saylı hərbi hissənin 135 nəfər əsgər və zabiti yoxa çıxıb.   Demokrat.az xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yazıb.   Məlumata görə, hadisə Ağdərə istiqamətində gedən döyüşlərdə baş verib.   Belə ki, ciddi itki verib geri çəkilən hərbi hissənin 135 əsgər və zabiti sağ […]

Mifləri dağıdan savaş – hanı “yenilməz ordu”, hanı “qüdrətli lobbi”, hanı “əbədi dəstək”?

115 ildən artıqdır ki, ölkəmizdə davam edən erməni-türk (Ermənistan-Azərbaycan) savaşının növbəti raundu bir sıra köhnə və son 30 ildə yaranmış, yaradılmış mifləri darmadağın etdi. Yavaş-yavaş sıralayaq. Məlum oldu ki, ermənilərin bizim haqqımızda uydurduqları və üfürüb böyütdükləri əsas mif – “azərbaycanlılar qorxaqdır, bizimlə döyüşə bilməzlər, daha heç vaxt bu cürətdə olmayacaqlar” stereotipi çox yanlışdır. İllərdir erməni […]

Qubada ata qızını boğaraq öldürüb

Oktyabrın 31-də saat 21 radələrində Quba rayonu, Barlı kənd sakini 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Quba rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun […]

PKK lideri təşvişdə: “Türklər bizi məhv edəcək!”

Türkiyə Silahlı Qüvvələri PKK-nı tamamilə məhv etməyə çalışacaq. Axar.az xəbər verir ki, bunu PKK terror təşkilatının lideri Murad Qarailan deyib. Türkiyənin Haftanində yol tikinti işlərini aparmasından narahat olan Qarailan bunun PKK üçün heç də yaxşı nəticələnməyəcəyini bildirib: “Haftanindəki bütün yüksəklikləri tutublar və buraya yol çəkirlər. Uludərə bölgəsindən gələn yolu bütün yüksəkliklərə birləşdirirlər. Bir sözlə, helikopterlə […]

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub. Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 44-ə yüksəlib

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 44 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Gürcüstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. “Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib. “Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası” 3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03% səs qazanıb. MSK-dan qeyd olunub ki, Tbilisinin bütün […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30