Tarixə hesabat, Heydər Əliyevə hesabat, şəhidlərə hesabat – Şuşa!!!

İlham Əliyev bu gün tariximizin ən böyük, ən parlaq, ən şərəfli səhifəsinin nöqtəsini qoydu. Məhz nöqtəsini. Qələbə nidası ilə… “Şuşa” nidası ilə… “Şuşa azad edildi!!! Şuşa bizimdir!!!” Bu iki qısa cümləni eşitmək üçün nə qədər uzun, nə qədər ağrılı bir yol gəldik, daha nələrdən keçmədik ki… Amma indi dönüb 28 illik tarixin hər səhifəsinə qayıtmaq […]

“Bu müjdə Böyük Qələbəmizi təmin edən tarixi hadisədir” – Azay Quliyev

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli qürurumuz olan Şuşanın azad olunması haqqında verdiyi müjdə Böyük Qələbəmizi təmin edən tarixi hadisədir”. Musavat.com xəbər verir ki, bunu tvitter hesabında millət vəkili Azay Quliyev yazıb. O, sonda qeyd edib: Yaşa, Cənab PREZİDENT! Yaşa, Azərbaycan ORDUSU ! Gözün aydın, AZƏRBAYCAN! ŞUŞA bizimdir! Qarabağ Azərbaycandır!!!

Şuşalı Zöhrə Abdullayeva: “Mən hələ ömrümdə bu qədər sevinməmişdim”

Bu gün- 8 noyabr Qarabağın döyünən ürəyi Şuşa şəhəri Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu müjdəsi bütün Azərbaycan xalqı tərəfindən böyük coşğu ilə qarşılanıb. Musavat.com Şuşada anadan olmuş Əməkdar artist Zöhrə Abdullayevanın sevinc təəssüratlarını öyrənməyə çalışıb. Əməkdar artist Şuşa müjdəsini göz yaşları içərisində aldığını […]

MN: “Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır”

Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır. Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. “Tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir” – deyə, məlumatda qeyd olunub.

Şuşa zəfəri qəhrəman Tərtərdə coşqu ilə qarşılandı, insanlar küçələrdə! – FOTOLAR, VİDEOREPORTAJ

“Şuşa azad edildi!!! Şuşa bizimdir!!!” düşmənə mərdanəliyi ilə meydan oxuyan Tərtərin küçələri bayram əhval-ruhiyyəsindədir. “Eşq olsun Ali Baş Komandana” deyib qol götürüb oynayan kim, “Yaşasın Müzəffər Azərbaycan Ordusu” deyib alqışlayan, zəfərimizi sevinc göz yaşları ilə qarşılayan kim… Qazilər, 1-ci Qarabağ müharibəsində döyüşən tərtərlilərin, hərbçilərin sevincinin həddi-hüdudu yoxdur. Tərtərlilər bu bayram gününü də top atəşi səslərinə […]

Düşmənin Ağdamı atəşə tutması nəticəsində 26 yaşlı gənc yaralandı

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, 08.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Bu gün saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə […]

Ombudsman Şuşanın azad olunması ilə bağlı təbrik ünvanlayıb

Ombudsman Səbinə Əliyeva Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib. Ombudsman Aparatından Musavat.com-a bildirilib ki, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı ordumuz 28 ildir həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi. […]

Şuşa dağı sinəmizdən çəkildi…

Son 28 ildə Şuşadan ötrü üç dəfə ağlamışam. “Ağlamışam” deyəndə nalə çəkib hönkürməmiş,heç hıçqırmamışam da, dişlərimi sıxmışam, üzümün ifadəsini saxlamağa çalışmışam, amma gözlərimdən yaş süzülüb, gedib. Birinci olay 1992-ci ilin mayında, Şuşanın əlimizdən alındığı gün olub. Tək mənim yox, hamımızın ürəyimiz yanırdı və o yanğı gözümüzün suyunu üzümüzə axıdırdı. Dəhşətli gün idi, getsin, gəlməsin. Üçüncüsü […]

Əli Əhmədov: “Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir”

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində Şuşanın azad edilməsi münasibəti ilə fikirlərini paylaşıb. APA-nın məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın işğaldan azad edildiyini xəbər verib: “Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il […]

Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəsindən azad edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti icraçısı Mikael Hambardzumyan tutduğu vəzifədən azad edilib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Ermənistan Baş naziri Paşinyan prezident Sarkisyana müvafiq bir fərman imzalamağı tapşırıb Qeyd edək ki, bu, 2018-ci ildən bəri artıq 4-cü rəhbərdir ki, MTX rəhbəri vəzifəsindən azad olunur. Hambarsumyandan əvvəl həmin vəzifədə Artur Vanesyan, Eduard Martirosyan və Argişti […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30