“Fox News”: Donald Tramp seçkini uduzduğu halda Ağ Evi tərk edəcək

ABŞ-da keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Cozef Baydenin qələbə çaldığı ortaya çıxsa, hazırkı Prezident Donald Tramp müvafiq vaxt ərzində Ağ Evi tərk edəcək. “Report” xəbər verir ki, bunu dövlət başçısı ilə söhbətindən sonra “Fox News”un aparıcısı Geraldo Rivera bildirib. Jurnalistin fikrinə görə, D.Tramp “mərdanə vuruşmaq” niyyətindədir, yəni ölkənin seçilmiş prezidentini devirmək fikrinə düşməz. Xatırladaq ki, bu il noyabrın 3-də Demokrat Partiyasının […]

“Qaçqınkom”: Məcburi köçkünlərin qayıdışı ilə bağlı proqram hazırlanır”

“Öz doğma torpaqlarına qayıdan məcburi köçkün soydaşlarımıza çox sərfəli şərtlərlə kreditlər veriləcək”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, dövlət strukturları, nazirliklər işğaldan azad olunan ərazilərdə yaşayıb işləyənlərin vergidən azad olunma mexanizmlərini işləyib hazırlayır: “Bütün bunlar çox geniş dövlət proqramı qismində təqdim olunacaq”.

Günün videosu: Yekə-yekə danışmağın sonunda xırda-xırda hıçqırmaq…

İnsan gərək heç vaxt başından böyük danışmasın, heç kimə hədə-qorxu gəlməsin. Sonra çarx dönür, adam özü ağlar gündə, kənardan baxanlar üçün isə gülünc vəziyyətdə qalır. Bu cür işlərin ən ibrətamizi Zakaryanın başına gəlib. Aşağıda baxdığınız video iki hissədən ibarətdir. Birinci hissədə Aşot Zakaryan adlı şəxs 2016-cı ilin aprel ayında Füzuli rayonunda yol lövhələrinin önündə durub […]

Türkiyə “BTQ”nın genişləndirilməsinə yeni investisiyalar cəlb edəcək

“Türkiyə dəmir yolu infrastrukturuna investisiya cəlb etməyə hazırdır. Sənaye istehsal zonalarını birbaşa ticarət limanlarına bağlayacaq xətlər də, daxil olmaqla hökumətin gündəmində yeni dəmir yolu xətlərinin inşası var”. “Report” xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə müsahibəsində Türkiyənin infrastruktur və nəqliyyat naziri Adil Karaismailoğlu deyib. Onun sözlərinə görə, dəmir yolu şəbəkəsini texniki-iqtisadi əsaslandırmalara görə planlaşdırmışıq və yeni […]

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Noyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,37% – 29 479,81 bəndədək, S&P 500 indeksi 1,36% – 3 585,15 bəndədək, Nasdaq indeksi isə 1,35% – 11 829,29 bəndədək yüksəlib. “APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 13-də FTSE 100 indeksi 0,36% – 6 316,39 bəndədək enib, Fransa CAC-40 indeksi 0,33% – 5 380,16 bəndədək, […]

Nə oldu, Paşinyan, bəs Bakıya kimi gələcəkdiniz?

Xəbis ermənilər işğal altındakı yerdə qalan ərazilərmizdən çıxhaçıxda da bizə son pisliklərini edirlər. Kəlbəcərdə, Ağamda, Laçında tərk etdikləri tikililəri yandırıb gedirlər. Təkcə ona görə yox ki, artıq bir daha oralara ayaq basa bilməyəcəklərini yaxşı bilirlər, əsas o səbəbə ki, xislətləri belədir, materialları zaydır. Barbarlıq qanlarındadır. Bir dəfə yazmışdıq – bunlar İsa peyğəmbəri utandıran, xristianlığın üz […]

Şahin quşlarını ovlamaq istəyən şəxs saxlanıldı

Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib. Azvision.az xəbər verir ki, xidmətin rəisi Hikmət Əlizadə keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun Azı deyilən ərazisində şahin quşlarını ovlamaq istəyən rayonun Aranlı kənd sakini Yaqub İbayevin saxlanıldığını bildirib. Onun sözlərinə görə, qanun […]

Naxçıvandan keçəcək quru yol xətləri BTQ dəhlizini 343 km qısaldacaq

“Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvanla iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək”. “Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib. Məlumatda həmçinin qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi […]

Ruslan Qurbanov: “Hər kəs bayraqlarla 30 ildən sonra qələbəni qeyd etdi”

“Valideynlərim ləzgidir, amma mən Stavropolda doğulub böyümüşəm. 14 yaşına qədər yerli “Dinamo” komandasında oynadım, sonra “Rostov”un əvəzedici komandasına keçdim. Pulun dadını hiss etdikcə nizam-intizamla bağlı problemlər başladı və məni “Taqanroq”da oynamağa göndərdilər. Lakin nizam-intizamla bağlı məsələ orada da davam etdi”. “Report” xəbər verir ki, bu fikirləri “Zirə” klubunun futbolçusu Ruslan Qurbanov “Sports.ru” saytına açıqlamasında deyib. 29 […]

Stalin öz adına olan şəhəri müharibə gedə-gedə bərpa etdirib – Faşist barbarlığının silinən izləri

Qarabağ savaşına qədər müharibə səhnələrini biz yalnız kinolarda görmüşdük, kitablarda oxumuşduq. Müharibələr zamanı yaşayış məntəqələrinin bombalanması, raket atəşinə tutulması, dinc mülki əhalinin kütləvi qırğınları heç bir müharibə qanununa, beynəlxalq konvensiyalara uyğun olmayaraq dəhşətli səhnələr yaradıb. İkinci Qarabağ savaşında ermənilərin Gəncəni, Bərdəni və digər yaşayış məntəqələrimizi davamlı olaraq hədəf seçməsi də bir daha sübut etdi ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30