Şavarş Koçaryan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan işdən çıxarılıb. APA-nın məlumatına görə, 12 ildir nazir müavini postunda Qarabağ problemi ilə məşğul olan Ş. Koçaryanın işdən çıxarılması barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb. Məlumatda 72 yaşlı Ş. Koçaryanın bir neçə gün əvvəl istefa ərizəsi yazdığı bildirilir. Qeyd edək ki, dünən xarici işlər naziri Zöhrab Mnatsayan […]

Lavrov: “ABŞ Qarabağa dair üçtərəfli bəyanatla bağlı məlumatlandırılıb”

ABŞ Dövlət Departamentinin Qarabağ razılaşmasının detalları haqqında məlumatlandırmağın vacibliyi haqqında bəyanatını eşitmək qəribədir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Mənim üçün bunu eşitmək qəribə idi. Düzünü desək, hesab edirəm ki, bu cür bəyanatlar bu […]

“Şuşa işğal olunandan sonra o mahnını oxumadım” – Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova “Şuşanın dağları” mahnısı ilə bağlı etiraf edib. Musavat.com xəbər verir ki, müğənni sözügedən mahnını sonuncu dəfə 1991-ci ildə oxuduğunu yazıb: “1991-ci il, AzTv… Bir il sonra Şuşa işğal olundu və mən bir daha “Şuşanın dağları” xalq musiqisini ifa etməməyə qərar verdim. Ali Baş Komandan və Azərbaycan Ordusu 2020-ci ildə Şuşanı işğaldan xilas […]

Füzulidən olan məcburi köçkün Ermənistan hökumətini məhkəməyə verib

Azərbaycanlı məcburi köçkün Ermənistan dövlətini məhkəməyə verib. Bu barədə məlumatı Musavat.com-a vəkil Tural Şükürov verib. Vəkil Füzuli rayon sakini Hökumə Hümbətovanın hüquqlarını müdafiə edir. H.Hümbətova 2018-ci ildə Füzuli rayon məhkəməsinə müraciət edərkən iddia ərizəsində göstərib ki, 1989-cu ildə Füzuli rayonu Əhmədalılar kəndinə gəlin köçüb və 1993-cü il avqustun 23-də həmin kənd Ermənistan silahlı qüvvələri tərəfindən […]

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, sabah mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 776 mm civə […]

Azərbaycanı müstəqilliyə aparan Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti…

Sabir Rüstəmxanlı: “1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə, dövlət müstəqilliyimizə qədər yol gəldik” 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür və o tarixi hadisələrdən 32 il ötür. 17 noyabr 1992-ci ildə elan olunan Milli Dirçəliş Gününün tarixi isə 1988-ci ilə bağlıdır. Belə ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ermənilərin xain iddialarına, Qarabağa sahiblənmək […]

Paşinyanı tənqid edən jurnalisti bıçaqladılar

Ermənistanın “Adekvad” müxalif partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan baş nazir Nikol Paşinyanla bağlı tənqidi mövqeyinə görə bıçaqlanıb. Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalist küçədə iki nəfərin hücumuna məruz qalıb. Mübahisə zamanı Paşinyanı müdafiə edən şəxslərdən biri Ter-Nakalyanı üz və ayaq nahiyəsindən yaralayıb. Jurnalist bildirib ki, ona edilən hücuma görə Nikol […]

TBMM Azərbaycanala bağlı sənəd bu gün TƏSDİQ EDƏCƏK

“Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunub. Türkiyə Böyük Millət Məclisi Azərbaycan üçün xüsusi gün olan – 17 noyabr Milli Dirçəliş Günü münasibətilə sənədi təsdiq edəcək”. Azerforum.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı TÜRKSAM-ın sədri Sinan Oğan verib.  Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın […]

“Azərbaycan yenidən müharibəyə başlaya bilər” – AÇIQLAMA

“Noyabr ayının 10-da imzalanmış bəyanatda 9 bənd var. Həmin bəndlərdən biri də qaçqın və məcburi köçkünlərin öz tarixi yurd-yuvalarına qayıtmasına həsr olunub. Erməni tərəfi istəsə də, istəməsə də Azərbaycan qanunları altında birgə yaşayışa razı olacaqlar. Razılaşmayanlar isə birmənalı olaraq Dağlıq Qarabağdan yaşaya bilməyəcək”. Bu sözləri  millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, insanların birgə […]

Türkiyədə çox sayda FETÖ-çu həbs olunub

Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatının daha bir neçə üzvü barədə həbs qərarı çıxarıb. AZƏRTAC xəbər verir ki, bu qərarla FETÖ-nun qanunsuz və gizli rabitə sistemi olan “ByLock” proqramından istifadə etdikləri təsdiqlənən daha 22 nəfər həbs olunub. Faktla bağlı istintaq davam edir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30