Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb FOTO

Noyabrın 16-dan yağan leysan yağışlar Xaçmaz rayonunun müxtəlif yaşayış məntəqələrinə ciddi ziyan vurub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, təbii fəlakət nəticəsində yolları su basıb, sel suları yüzlərlə fərdi yaşayış evlərinin içərisinə dolub. Xaçmaz Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, nəticədə 300-dən artıq fərdi yaşayış evinə ziyan dəyib, 20-dən artıq ev təbii fəlakət nəticəsində dağılıb. […]

Məşhur aktrisa koronavirusa telefondan yoluxub

Türkiyəli aktrisa Irmak Ünal koronavirusa yoluxma səbəbini açıqlayıb. Musavat.com xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan və artıq sağalan aktrisa virusun ona telefonundan keçdiyini bildirib. “Koronavirusa rəfiqələrimdən birinin evində yoluxdum. Rəfiqəmin evində xaricdən gələn qonaq vardı, telefonumu istədi və bir müddət onda qaldı. Daha sonra telefonla danışdım. Ondan sonra xəstəliyə yoluxdum. Orada virusa yoluxduğuma əminəm. […]

Rusiya aviaşirkəti İrana uçuşları bərpa edib

Rusiyanın “Aeroflot” aviaşirkəti noyabrın 18-dən etibarən İranın paytaxtı Tehrana uçuşları bərpa edir. Trend-in məlumatına görə, bu barədə şirkətin elanında deyilir. Uçuşlar Moskvadan Tehrana və əks istiqamətdə həftədə iki dəfə həyata keçiriləcək. Sərnişinlər uçuşa 96 saat qalmışadək COVID-19 testindən keçməlidir. Uçuşların dayandırılmasına koronavirus pandemiyası səbəb olmuşdu.

Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərəcək

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir. “Report” xəbər verir ki, bunu noyabrın 18-də “Joxovurd” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, ölkənin əmək və sosial məsələlər üzrə naziri Zarui Btoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan, eləcə də onun […]

Ermənistanın iqtidar rəsmisi müdafiə naziri və digər yüksək rütbəli hərbçilərin istefasını tələb edir

Ermənistan ordusunun və silahlı qüvvələrinin məsul şəxslərinin Qarabağ müharibəsindəki cəzasızlığı ölkənin təhlükəsizliyi üçün böyük təhdidə çevriləcək. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu hakim “Mənim addımım” partiyasının üzvü, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan deyib. Koçaryanın fikrincə, Qarabağ müharibəsində səhvlərə yol verdiklərinə görə, Ermənistanın müdafiə naziri və silahlı qüvvələrin […]

Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötür. “Report”un Gürcüstan bürosu xatırladır ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 18 noyabr 1992-ci il tarixində qoyulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb. Faiq Quliyev bu ilin avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri təyin olunub. […]

Ölkədə koronavirusa yoluxma yenidən 2 mini ötdü – hökumət niyə sərt tədbirlərə getmir?

Musa Quliyev: “Bakıda sərt karantin rejimini yenidən tətbiq etmək  iqtisadi və sosial gərginlik yarada bilər” Payız mövsümü başlayandan həm dünyada, həm də ölkədə koronavirusa yoluxanların, eləcə də bu virusdan ölənlərin sayı kəskin artır. Artıq ölkədə gündəlik yoluxma sayı 2 mindən çox olmağa başlayıb. Təkcə son sutka ərzində ölkəmizdə 2075 nəfər virusa yoluxub, virus aşkarlanan 20 […]

Ali Baş Komandana yazırlar: “Siz Azərbaycan xalqına şərəfli bir tarix yaşatdınız”

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə 10 minlərlə məktub və müraciətlər gəlir. Hazırda Türk – İslam arealının, Qafqaz regionunun və özəlliklə də Azərbaycanın ən sevilən, ən reytinqli ismi İlham Əliyevdir. Çoxsaylı məlum havadarlarının olmasına baxmayaraq, işğalçı Ermənistana qarşı cəsarətlə başladılan Vətən müharibəsi, onun uğurla davam etməsi və tarixi qələbə ilə bitməsi Prezidentimizi haqlı olaraq […]

Çörəyi ver çörəkçiyə məsələsi

Düzünə qalsa, mən politoloqam. Düzdür, bunun məktəbini bitirməmişəm, amma lap uşaqlıqdan bəri dünyada, regionda gedən siyasi prosesləri diqqətlə izləmişəm, siyasi mövzularda çoxlu kitab oxumuşam, təvazökarlıqdan Oksford Universitetinin baş binası qədər uzaq olsa da, deyim ki, bir xeyli bildiyim var. Namxuda, hafizəm də güclüdür, 1981-ci ilin oktyabrında Misirin 3-cü prezidenti Ənvər Sədatı konkret kimin öldürdüyü də […]

Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qərar dərc edilib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycana hərbi qüvvələr göndərilməsi barədə qərarı “Rəsmi Qəzet”də dərc olunub. “Report”un xəbərinə görə, qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir. Qərarda vurğulanıb ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30