“Şükür ki, Ağdamımıza qovuşduq” – ağdamlı Xalq artisti

Xalq artisti Nəzakət Teymurova Ağdamın işğaldan azad olunması ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, Ağdamdan olan sənətçi sevincini belə ifadə edib: “Allahım, çox şükür bizi Ağdamımıza qovuşdurduğuna görə. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla ordumuza, şəhidlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Gözün aydın, Azərbaycan. Gözünüz aydın, ağdamlılar”.

Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başlayıb

Xankəndindəki Qurumlararası Humanitar Yardım Mərkəzi tam şəkildə fəaliyyətə başlayıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib. Mərkəzin əsas vəzifələri daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların geri qaytarılması, mülki infrastrukturun bərpasına kömək və əhalinin normal həyatı üçün şəraitin yaradılması, Rusiya dövlət orqanlarının və təşkilatlarının […]

DİN: Polis Akademiyasına yeni rəis təyin edilib

Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu gün, 2020-ci il noyabrın 20-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib. Nazir əmin olduğunu bildirib ki, Akademiyada təlim-tədris prosesinin davamlı olaraq […]

Polis Akademiyasında təqdimat – polkovnik Canpolad Daanov rəis oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.  Bu gün, 2020-ci il noyabrın 20-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib. Nazir əmin olduğunu bildirib ki, Akademiyada təlim-tədris prosesinin davamlı olaraq təkmilləşdirilməsi, yüksək […]

Ağdam Cümə məscidində 27 ildən sonra ilk dəfə azan səsləndirilib

Noyabrın 20-də erməni işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib. Musavat.com xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər. Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Zahid Oruc: “Ağdamın azad olunması haqqında danışarkən…”

Bu gün Milli Məclisin növbəti plenar iclasında Qarabağdan, Ağdamın geri alınmasından danışan deputatlardan biri də millət vəkili Zahid Oruc olub. Daha sonra Zahid Oruc öz fikirlərini Musavat.com-a daha geniş şəkildə açıqlayıb Z.Oruc deyib ki, bu gün 27 illik əsarətdən sonra Ağdam rayonu işğaldan azad edildi: “Bütün dünya azərbaycanlıları və bizi, ədaləti, haqqı istəyənlərin hamısı yalnız […]

Ermənistanın yeni müdafiə naziri təyin olunub

Ermənistan prezidenti Armen Sarkisyan müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, fərmana əsasən, Vaqarşak Arutyunyan müdafiə naziri təyin edilib. Qeyd edək ki, Q. Arutyunyan Baş nazir Nikol Paşinyanın baş müşaviridir. O, 1999-2000-ci illərdə müdafiə naziri olub.

Ermənistan yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb. “Report” xəbər verir ki, məlumatları “Novosti Armeniya” yayıb. Argentinada ispan dilində çıxan “Laseptima” jurnalının 2008-ci ilin yanvar sayında “Diplomatik qaçaqmal” başlıqlı yazı o vaxtkı səfir Ara Ayvazyanın avtomobil alveri ilə məşğul olması barədədir. Bildirilib ki, Nigeriya, Pakistan, Çili, Mərakeş, Boliviya və Belarusdan olan 13-ə yaxın […]

Gözün aydın, Adil müəllim…

Sentyabrın 27-dən bəri Adil müəllimi- Adil Qaçayoğlunu tez-tez xatırlayıram. Əminəm ki, onu yaxından tanıyanlar da 44 günlük savaş günlərində onun adını mütləq bir dəfə də olsa yada salıblar, “kaş bu günləri görəydi” deyiblər. Aramızdan ayrılmasından 12 il keçir, amma həm dostları sırasında, həm jurnalistikada həmişə yeri görünən adamdır Adil müəllim…Hərdən bir içdən yazı yazanda da, […]

Ağdamda özünüməşğulluq proqramı FOTO

Daha bir rayonumuz – Ağdam erməni faşizminin işğalından azad oldu və bu rayondan olan həmvətənlərimizin də yurd həsrətinə son qoyuldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a bildiriblər ki, onların sırasında xeyli sayda özünüməşğulluq proqramı iştirakçıları da var. İndi sonsuz sevinc, qürur hissi ilə dədə-baba ocaqlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30