Prezident İlham Əliyev: “Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bölgələri bərpa edəcəyik”

“Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bölgələri bərpa edəcəyik”. Musavat.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. “Artıq bərpa işləri başlandı, ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin tərəfdaşlarımız yenə də türk şirkətləridir. Onlar bizim üçün önəmli infrastruktur layihələrini artıq icra […]

Bayden Putinə qarşı and içib: 2021-də ABŞ-Rusiya gərginliyi dərinləşəcək? – Rəy

ABŞ-ın yeni prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putin kimi avtokratik liderlərə qarşı çıxacağına söz verib.  Musavat.com xəbər verir ki, Ağ Ev sahibi Putinə qarşı dayanacağına və NATO ittifaqını gücləndirməyə and içib. Bu haqda “Amerikanın səsi” radiosu xəbər yayıb. Təhlilçilər Vaşinqton – Moskva əlaqələrində dəyişiklik gözləmir. Hətta Baydenin dönəmində münasibətlərin gərginləşəcəyi proqnozlaşdırılır. Hazırkı prezident Donald […]

Hulisi Akar: “Ən qısa vaxtda Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq”

“Qarabağ Zəfərinin həqiqətən Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu”. Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Prezident İlham Əliyevlə görüşdə bildirib. Nazir deyib: “Sizin də dediyiniz kimi, bu Zəfərin taclanması üçün, inşallah, […]

Postdan qaçanlar, arayışla gəzənlər, mayorla maraqlı dialoqlar: Bakıya giriş və çıxışda son durum – REPORTAJ

– Rəis, maşında xəstə var. Bakıya getməliyəm. – Xəstəni başqa maşına mindirin, özünüz qayıdın… *** – Cənab mayor, Bakıdan hərbi forma almalıyam. – Bu gün mağazalar işləmir. *** – Rəis, arayışım var. Xəstəyəm. – Olmaz! Qeydiyyat Bakı deyilsə, geri qayıtmalısan. *** Bu dialoqları və bunun kimi onlarla dialoqu Bakıya qayıdan zaman Ələt postunda gözlədiyimiz 15-20 […]

Azərbaycanda bir gündə 4127 nəfər COVID-19-dan sağalıb, 1064 nəfər yoluxub, 32 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1064 yeni yoluxma faktı qeydə alınıb, 4127 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 218700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184422 nəfər müalicə olunaraq sağalıb, 2641 nəfər […]

Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi FOTO

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni Fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildiriilib ki, şəhid ailələri […]

Şəhid ailələrinə hər ay 500 manat məbləğində Prezident təqaüdü veriləcək

Şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” […]

Qarabağ avantürasını Ermənistanın başına uçuran 2020: 2021 onun üçün son şans ilidir

Kapitulyasiyanı “həzm edə” bilməyən düşmən ölkəni yeni fəlakət gözləyir; ərazimizdəki qanunsuz silahlı dəstələr məsələsi ilin ilk aylarının ən kəskin mövzusu olacaq; rusiyalı politoloqlar: “Belə birləşmələr Azərbaycan üçün daimi təhdid mənbəyidir”, “Onların məhvi çox vacibdir…” 44 günlük Qarabağ müharibəsində haqq elədiyi kapitulyasiyaya tuş gələn Ermənistanda ictimai-siyasi matəm, milli hüzn davam edir. Anlaşılandır. 30 ildir torpaqlarımızla bağlı […]

Sərsəng su anbarından istifadə mexanizmi necə olacaq – rəy

Ədalət Verdiyev: “Yaxın bir il ərzində Azərbaycanın müvafiq qurumları bu anbardan istifadə ilə bağlı planlaşdırma və layihələndirmə işlərini həyata keçirəcəklər” Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğalından azad olunması Azərbaycanın dağlıq ərazilərində formalaşan böyük həcmli su ehtiyatlarına nəzarəti yenidən özünə qaytarması ilə nəticələnib. O cümlədən ermənilərin dağ çayları üzərində qurduqları 17 su elektrik stansiyası və […]

MM-də məhbus qadınların azadlığa buraxılması çağırışı edildi

Parlamentdə ilk dəfə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” dinlənildi; deputatlar dünya azərbaycanlılarına, ölkə Prezidentinə və Birinci vitse-prezidentə Həmrəylik və Yeni il təbriki ünvanladılar Dekabrın 30-da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031