Şarovski: “Öz yəhudi qardaşlarımla torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgərlərimizin xatirəsi qarşısında əyilirik”

“Əziz həmvətənlər! Bu gün həm təntənəli, həm də kədərli gündür. Azərbaycan Prezidentinin sərəncamı ilə bu gün saat 12.00-da bütün ölkə ərazisində Vətən müharibəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bütün ölkə ölkəmizin azadlığı uğrunda canından keçmiş övladlarımız, oğullarımız qarşında baş əydi”. APA-nın məlumatına görə, bunu Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri, tanınmış rejissor Aleksandr Şarovski […]

Ərdoğan: “İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram”

“Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. Nə dedi? “Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər” dedi. Eyni tövsiyəni mən də verirəm”.

“Deyirlər, Ağdam alındı, nə vaxt ailə quracaqsan?” – Müğənni Günel

“Hər kəs məndən soruşur ki, siz Ağdam alındıqdan sonra ailə quracağınızı demisiniz. Bu, qismətdir və inşallah qarşıma həyatımı birləşdirəcək insan çıxsa, evlənəcəm”. Musavat.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni Günel Zeynalova şəxsi “İnstagram” hesabında izləyəcilərinin suallarını cavablayarkən deyib. O, ailə qurmamasının səbəbini soruşan izləyicisinə isə əsəbiləşib: “Fikirləşirəm ki, evlənmək xətrinə evlənmək olmaz. Məncə, insan […]

Yaponiya benzin və dizel avtomobillərindən imtina edir

Yaponiya hökuməti 2030-cu ilin ortalarınadək benzin və dizel avtomobillərinin satışına son qoymaqla bağlı bu ilin sonunadək tədbirlər planı hazırlyacaq. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat, ticarət, sənaye naziri Hiroşi Kaciyama mətbuat konfransı zamanı bildirib. Nazirin dediyinə görə, karbon qazı və atmosfer havasının isinməsinə təkan verən başqa istilik qazlarının buraxılmasını 2050-ci ilədək […]

Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 49,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 48,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel […]

Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib. “Hər bir erməni kimi mən də bu reallıqla barışa bilmirəm”, – deyə deputat vurğulayıb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna […]

Prezident İlham Əliyev BMT BA-nın xüsusi sessiyasında çıxış edib

Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının (BA) COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Musavat.com-un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Hörmətli cənab Sədr. Hörmətli cənab Baş katib. Hörmətli dövlət və hökumət başçıları. BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə […]

Yeni iş yerlər açılacaq, bu ixtisas sahiblərinə tələbat artacaq

Ramil Osmanlı: “Böyük yenidənqurma işlərinin aparılması müxtəlif infrastruktur sahələri üzrə mütəxəssislərə ehtiyac yaradacaq” Müzəffər ordumuzun uğurlu hərbi əməliyyatları və Ali Baş Komandan İlham  Əliyevin siyasi-diplomatik uğurları sayəsində 44 günlük müharibə ilə işğal altındakı torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Növbəti mərhələdə azad edilən ərazilərin təmizlənməsi, infrastrukturun bərpası, yaşayış sahələrinin tikilməsi işləri həyata keçirilməlidir. […]

Müxalifətin vahid namizədi

Tula itdən betər” (ata sözü) Ermənistan müxalifəti neçə vaxtdır mitinqlər qayırır, küçədə-bacada toplaşır, Paşinyanı yıxmaq fikrindədirlər. Ancaq bütün bu həngamənin vahid liderini düzüb-qoşa bilmirdilər. Biz öz müxalifətimizin əsrlər boyu sürən cahanşümul, fantasmaqorik, əlləm-qəlləm fəaliyyətinin nəticəsindən də görmüşük, müxalifətin vahid namizədi olmasa iş çox çətin alınır. Hətta heç alınmır. Nəhayət, dünən erməni müxalifəti ağıllı bir vahid […]

Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verib FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində şəhid olanlara görə başsağlığı verib. Musavat.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tvitter səhifəsində paylaşım edilib. “Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, – […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031