Dünyanın 25 ən böyük hərbi sənaye şirkətinin satışları 8,5% artaraq 361 mlrd. dollara çatıb

Dünyanın ən böyük 25 şirkətinin silah və hərbi xidmət satışlarının həcmi 2019-cu ildə 361 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 8,5% çoxdur. “APA-Economics”in məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) hesabatında deyilir. Ötən il dünyanın 5 böyük hərbi sənaye şirkəti ABŞ-da yerləşib: “Lockheed Martin”, […]

Dövlət başçısı: “İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir”

“İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Siyasi əlaqələr hesab edirəm ki, ən yüksək səviyyədədir”. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfərim bunun bariz nümunəsidir. Səfər zamanı […]

TƏBİB koronaviruslu xəstələrdən pul alınması iddialarına aydınlıq gətirib

“Hazırda pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada vətəndaşların sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir”. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Musavat.com-a verilən məlumata görə, bütün xəstəxanalarda müayinə və müalicə prosesi qəbul edilən klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına həyata keçirilir. “Tam əminliklə bildiririk ki, hazırda xüsusi […]

Azərbaycan Premyer Liqası ilə bağlı videokonfrans olacaq

Bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, iclas saat 15:00-da başlayacaq. Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması nəzərə alınaraq videokonfransın keçirilməsi məqsəduyğun bilinib.

2 həftəlik sərt karantin rejimi və 3 günlük iş sistemi ilə bağlı AÇIQLAMA

Azərbaycanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Belə ki, dekabrın 6-da 4356 nəfər koronavirusa yoluxub, 39 nəfər isə vəfat edib. Yoluxmaların qarşısını almaq üçün 2 həftəlik 3 günlük iş sistemi təklif olunur. Dekabrın 15-dən 2 həftəlik 3 günlük iş sisteminə keçirilə bilərmi? BAKU.WS xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Tibb Universitetinin Tədris Cərrahiyyə […]

Rumıniyada parlament seçkilərində müxalifət öndədir

Rumıniyada keçirilmiş parlament seçkilərində müxalif Sosial-Demokrat Partiyası (SDP) bülletenlərin 95 %-nin sayılmasından sonra önə keçib. “Report” xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb. “Digi” telekanalı bildirib ki, sosial-demokratlar səslərin 29,8 %-ni, hakim Milli Liberal Partiya (MLP) 25,11 %-ni, “Rumıniyanın xilası birliyi – Azadlıq, birlik və həmrəyliyin partiyaları” birliyi isə 14,5 %-ni əldə […]

Moskvada Rusiya – Ermənistan danışıqları başlayıb

Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb. “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti bildirib. Tərəflər arasında ikitərəfli, habelə Avrasiya İqtisadi İttifaqı, KTMT, MDB çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq.

Prezident İtaliya Deputatlar Palatasının sədr müavinini qəbul edib – FOTO FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com-un xəbərinə görə, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

MİQ-nin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb. Təhsil Nazirliyindən Musavat.com-a bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq ediblər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Qeyd edək ki, dekabrın 14-dən […]

Cənazə kimi tək bir ayağı gələn ŞƏHİDİMİZ – FOTO

Şəhid Ramil Yusifzadənin cənazə kimi tək bir ayağı ailəsinə gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist Jalə Mütəllimova sosial şəbəkədə paylaşım edib: “Yusifzadə Ramil Adəm oğlu. Belə bir şəhidimiz var. Adına heç yerdə rast gəlmirik. Ailəsi çox arzusundadır onun haqqında danışılsın. Onun da şəkilləri paylaşılsın. Lütfən paylaşın və bilin, Ramilin, cənazə kimi tək bir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031