Həyatı qələbələr salnaməsini xatırladan böyük insan – Heydər Əliyev

Oxuduğu məktəblərdə, işlədiyi vəzifələrdə, yaşadığı ailədə və cəmiyyətdə həmişə uğurlara imza atmış Heydər Əliyevi xoşbəxt insan hesab etmək olar. Əmək fəaliyyətinə başladığı zamandan həmişə işlərin ən çətinini, məsuliyyətin ən ağırını öz üzərinə götürmüş Heydər Əliyev harada çalışmasından asılı olmayaraq nəticə həmişə eyni olub – Qələbə. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib. […]

“Bozqurd” işarəsi və simvolizmi- tarixi faktlar

Türkçülüyün, turançılığın simvolı hesab edilən “Bozqurd” işarəsi son zamanlar hərbiçilərimiz arasında da xeyli yayılıb. Şəhid gizirimiz Xudayar Yusifzadədən tutmuş, qazi polkovniklərə qədər bu işarəni göstərdiklərinin şahidi olduq. “Bozqurd” işarəsi, salamlaşması (çeçələ barmaqlarının irəli uzadılması və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) Altaylardan üzü bəri gələn türk simvoludur. Milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyəti […]

Dünya bazarlarında təbii qazın qiyməti artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. “APA-Economics”in məlumatına görə, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,49% artaraq 2,59 ABŞ dolları təşkil edib.

Azərbaycanda ötən gün 29 koronavirus xəstəsi yaşayış yerini tərk edərkən saxlanıb

Dekabrın 11-də Azərbaycan ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 28 nəfər evə qaytarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 17 nəfər barəsində cinayət işi başlanıb.

Bakı metrosunun “8 Noyabr” stansiyasının lövhəsi vurulub FOTO

“Bakı Metropoliteni” QSC-nin Bakı şəhəri, Ceyhun Səlimov küçəsində yerləşən yeni metrostansiyasına “8 Noyabr” lövhəsi vurulub. Bu barədə Musavat.com-a qurumdan bildirilib. Qeyd edək ki, “8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin) Qeyd edək ki, başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən “Bənövşəyi xətt” bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək […]

Ağdamın Qızıl Kəngərli kəndindən görüntülər VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunan Ağdam rayonunun Qızıl Kəngərli kəndindən videogörüntülər yayıb. Musavat.com həmin görüntüləri təqdim edir.

“Pfizer”in peyvəndi bir neçə həftə ərzində ÜST tərəfindən qiymətləndiriləcək

“Pfizer” şirkətinin koronavirus əleyhinə istehsal etdiyi peyvənd bir neçə həftə ərzində qiymətləndiriləcək. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib. Qeyd edilib ki, ÜST-ün komissiyası tərəfindən şirkətin müvafiq sənədləri nəzərdən keçirəcək, həmçinin, peyvəndin effektivlik dərəcəsi qiymətləndiriləcək. Nəticələr barədə rəyin ictimaiyyətə açıqlanacağı bildirilib.

Hande Harmancı: “Azərbaycan hökuməti koronavirusla mübarizədə ÜST-nın tövsiyə etdiyi qaydalarla bağlı bütün tədbirləri görür”

“Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizədə tövsiyə etdiyi qaydalarla bağlı Azərbaycan hökuməti Operativ Qərargah nəzdində bütün tədbirləri görür”. APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. O qeyd edib ki, dünya ölkələri də nə vaxt ictimai tədbirlər həyata keçiribsə, yoluxma sayı azalıb, tədbirlər yumşaldılansa isə yoluxma artır: “Ona görə də qaydalara əməl […]

ABŞ-da helikopter qəzası baş verib, ölənlər var

ABŞ-da şəxsi “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Bu barədə “Report” ABC telekanalına istinadən xəbər verir. Məlumata görə, hadisə Texas ştatında qeydə alınıb. Helikopter Kolorado-Siti şəhərindən 13 kilometr cənub-qərbə düşüb. Qəzanın başvermə səbəbi açıqlanmır. ABŞ-ın Federal Aviasiya İdarəsi Nəqliyyatda Təhlükəsizlik İdarəsi ilə birlikdə insidentin təhqiqatını aparır.

Azərbaycanın daxili işlər orqanlarına yeni xidməti avtomobillər verilib

Daxili İşlər Nazirliyinə yeni xidməti avtomobillər verilib. Musavat.com xəbər verir ki, “Ford” markalı və “Pikap” tipli avtomobillər Post Patrul Xidmətinin istifadəsində olacaq. Bu avtomobillərdən bütün rayon və şəhərlərdə istifadə olunacaq.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031