Azərbaycan və Türkiyə koronavirusa qarşı mübarizədə yaxından əməkdaşlıq edir

“İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə Azərbaycan daha yaxından əməkdaşlıq edir. Onlarda aparılan işlərlə bağlı gündəlik məlumatlıyıq və iş birliyi yaradılıb”. Musavat.com xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. “Artıq Türkiyə 50 milyon doza vaksinin alınması ilə bağlı müqavilə imzalayıb. Bu yaxınlarda üçüncü faza klinik tədqiqatların rəsmi açıqlanması […]

Azərbaycanda son sutkada 4273 nəfər COVID-19-a yoluxub, 4164 nəfər sağalıb, 41 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4273 yeni yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 183 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119 005 nəfər müalicə olunaraq […]

Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ

“Ölkəmizdə xəstəliyin dinamikası fevral ayından bəri artır. Hazırda xəstəliyin ikinci dalğası ilə çətin günləri yaşayırıq”. Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bu gün ölkədə gündəlik yoluxma dörd min civarındadır: “Biz dörd minin üzərində olan yoluxmaların öhdəsindən gəlirik. Lakin ölüm […]

Müharibə və karantin demoqrafik problem yarada bilərmi?

Toyların qadağan edilməsi bu il dünyaya gələn uşaqların sayına necə təsir edib? Hazırda bütün dünyada, eləcə də Azərbaycanda pandemiya səbəbindən toy mərasimlərinin keçirilməməsi yeni qurulan ailələrin sayını azaldıb. İstisna deyil ki, bu həm də dünyaya gələcək körpələrin sayının azalmasına, demoqrafik vəziyyətə təsir edir. Digər tərəfdən isə vətən savaşında 3 minə yaxın gəncimiz şəhid oldu, xeyli […]

Ramin Bayramlı: “Antigenlərə qarşı anticisimləri sintez etsək, nəticə əldə edə bilərik”

“SARS CoV-2 virusu ağciyərlərdəki hüceyrələrə daha çox yayılır”. “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib. O qeyd edib ki, virusun təhlükəli hissəsi olan RNT çoxalmağa başlayır: “Bu da bədənə zülalların daxil olmasını əngəlləyir. Antigenlərə qarşı anticisim deyilən maddələri orqanizmdə sintez etdirə […]

Əsirlərlə gələn general Muradov: Qarabağda hərbi baza qurulur? – Asim Mollazadə canlı yayında…

Rusiya-Azərbaycan əlaqələrində rəsmi fazada soyuq yellər əsdiyi hiss olunmasa da, bəzi davranışlar narahatlıq doğurmamış deyil. Azərbaycana pomidor idxalının qadağa qoyulması, rus sülhməramlılarının xəritədə “Dağlıq Qarabağ” xətası və sonra səhvini düzəltməsi, oradakı ermənilərə rus pasportu paylanacağı iddiaları, sülhməramlıların komandanı, general-leytenant Rüstəm Muradovun Qarabağdakı separatçı dəstənin başçısı Araik Aryutunyanla görüşləri, rus əsgərlərin erməni uşaqlarına silah verib onları […]

“Sənət adamları pandemiyaya görə əşyalarını satır” – türkiyəli Müğənni üsyan etdi

Türkiyəli müğənni Burcu Günəş pandemiyanın sənət adamlarına vurduğu ziyandan danışıb. Musavat.com xəbər verir ki, ifaçı həmkarları kimi böyük maddi və mənəvi sarsıntı keçirdiyini açıqlayıb: “Çətin zamanlarda sənət adamları üçün mübarizə aparmırlar. Heç kim yanımızda deyil. Bizi istər maddi, istərsə də, mənəvi dəstəkləmirlər. Böyük ümidsizliyə düçar olmuşuq. Həmkarlarımdan bəziləri maddi ehtiyaclarını qarşılamaq üçün ailələrinin yanına köçüb, böyük […]

Film kimi: ailəsinə “Şəhiddir” dedilər, əsirlikdən qayıtdı…

Şəhid olduğu deyilən Vətən müharibəsinin iştirakçısı, Lənkəran sakini Vəliyev Vəliəhəd Şakir oğlu da əsirlikdən gələnlər siyahısındadır. Musavat.com xəbər verir ki, bir müddət əvvəl V. Vəliyevin ailəsinə zəng olunaraq onun düşmənə əsir düşdüyü bildirilmişdi. Buna qədər isə ailəsinə onun şəhid olduğu deyilib. Bu hadisə sosial mediada rezonans doğurmuşdu. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin […]

Azərbaycanda koronavirus vaksinasiyası ilə bağlı AÇIQLAMA – CANLI YAYIM

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. Musavat.com xəbər verir ki, mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə nazirinin müavini Viktor Qasımov və Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edirlər. Brifinqdə ölkədə koronavirusla və vaksinlərlə bağlı son vəziyyət müzakirə edilir.

TƏBİB sədri: “Qrip vaksinləri koronavirusa qarşı effektli ola bilməz”

“Dünyada əhalinin sayı artdıqca mikroorqanimzlərin xəstəlik törədici qabiliyyəti də daha çox artır. COVID-19 hava-damcı yolu ilə keçdiyindən vaksinasiya sayəsində qarşısını almaq mümkün ola bilər”. “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, qripə qarşı vaksin koronavirusa qarşı effektli ola […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031