Paşinyanın daha bir sələfi onu istefaya çağırdı

“Ermənistan dərin – mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial, ciddi böhran içindədir. Daha dərin böhranı təsəvvür etmək çətindir. Daha nə olmalıdır?”. “Report” xəbər verir ki, bu fikirlər Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın ölkədə yaranmış vəziyyətlə əlaqədar bəyanatında yer alıb. Karen Karapetyan qeyd edib ki, ölkənin bu vəziyyətə düşməsinə səbəbkar hakimiyyətdir. “Bu taleyüklü məqam hakimiyyət üçün […]

Türkiyə ilə viza rejimi tam götürüldü – sırada İran və Gürcüstandır?

Tural Abbaslı: “Bu, kampaniya xarakterli olmamalıdır” Dekabrın 10-da Vətən müharibəsindəki möhtəşəm qələbəmizlə əlaqədar Bakıda keçirilən Zəfər paradının ən gözəl hədiyyələrindən biri də Azərbaycanın qardaş Türkiyə ilə viza rejimini tam aradan qaldırması oldu. Bu tarixi qərarın ardınca İran və Gürcüstanla bağlı da belə bir addımın atıla biləcəyi barədə ehtimallar səslənməyə başlayıb. Bunun indiki şəraitdə mümkün olub-olmadığı […]

Afinaya olar, Ankaraya yox?! – ABŞ-ın Türkiyəyə sanksiyasına Bakıdan sərt etiraz

Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi ədalətsiz, qərəzli qərardır. Bu, ikili standartların və qanunsuzluğun növbəti bariz nümunəsidir. “Yeni Müsavat” bildirir ki, rəsmi Ankara birtərəfli sanksiyaları nəzərdə tutan qərarı qınayıb və lazımi addımların atılacağını bəyan edib. Çünki Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a […]

Bakıda sərt karantinin 3-cü günü: əməkdaşımız paytaxtda nələr gördü? – reportaj

Yollarda seyrəklik müşahidə olunur, tıxaclar olmasın deyə hər addımda post qurulmayıb, bəzi xidmət sahələri iş başındadır… Bakıda pandemiya səbəbindən tətbiq edilən sərt karantin rejiminin üçüncü gününü yaşayırıq. Dekabrın 14-dən etibarən Bakı, Abşeron, Sumqayıt və bir sıra rayonlarda infeksiyaya yoluxmanın qarşısını almaq məqsədilə gündə cəmi 3 saatlıq yaşayış yerini tərk etmək icazəsi verilir. Bəs hazırda vəziyyət […]

Adil Qeybulla: “Artıq ölkəmizdə kollektiv immunitetin formalaşmasına doğru gedirik…”

Yoluxmada dinamik azalma özünü nə vaxt göstərməyə başlayacaq? Artıq sərt karantin rejiminin 3-cü gününü yaşayırıq. Xatırladaq ki,  ölkədə koronavirusla bağlı vəziyyəti aradan qaldırmaq məqsədilə dekabrın 14-dən etibarən yenidən ölkəmizdə sərt karantin rejimi tətbiq edilib, SMS icazə bərpa olunub. Mütəxəssislər bundan sonra ölkədə gündəlik yoluxma sayında azalmalar olacağına ümid edir. Əksəriyyət artıq mövcud vəziyyətlə bağlı ümidləri […]

Praqada ermənilərin təxribatının qarşısı alınıb

Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarlar yapışdırıblar. Bu barədə Musavat.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər. Qeyd edək ki, […]

Dünyada son sutkada yarım milyona yaxın koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 496 156 nəfər koronavirusa yoluxub, 8443 nəfər ölüb. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib. Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 71 581 532 yoluxma hadisəsi, 1 618 374 ölüm faktı qeydə alınıb. Yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (240 197) payına düşür. Digər yerləri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031