Dövlət Komissiyası: Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır”. Musavat.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. “Tərəflər ilk növbədə döyüş […]

Nazirlik Vətən müharibəsi qazisinin atasını və qardaşını işlə təmin etdi FOTO

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olublar. Nazirlikdən Musavat.com-a verilən məlumata görə, qazinin atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyi öyrənilib. İstəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını […]

Azərbaycanın ABŞ-dakı səfiri “Human Rights Watch”un hesabatlarına münasibət bildirib

16 dekabrda məşhur FOX News kanalının radio proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə baş tutub. Azərbaycanın ABŞ-dakı səfirliyindən Musavat.com-a verilən xəbərə görə, müsahibədə səfir Ermənistanın təxribatına qarşı Azərbaycanın uğurlu əks-hücumundan bəhs edib, Ermənistan tərəfindən 30 ilə yaxındır işğal olunmuş ərazilərini geri qaytarmasını bildirib. O qeyd edib ki, əməliyyat Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verib […]

Kəlbəcərin İmambinəsi kəndinin görüntüləri VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İmambinəsi kəndindən videogörüntülər yayıb. Musavat.com həmin videogörüntünü təqdim edir:

Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business” hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi apardığı müstəqil araşdırmanın nəticələrini elan edib. Musavat.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha […]

“Sülhməramlılar ermənilərin könlünü alırlar” – politoloq

Ceyhun Məmmədov: “Azərbaycan üzərinə düşəni edir və Rusiya tərəfi də bu kimi məsələlərdə həssas davranmalıdır” Azərbaycan dövləti hər zaman olduğu kimi imzasına sadiqdir. Bu mövqe Qarabağdakı proseslərin dinc yolla  tənzimlənməsi ilə bağlı 10 noyabr üçtərəfli bəyanata münasibətdə də özünü göstərir. Ancaq düşmən ölkənin davranışları, Qarabağdakı erməni tör-töküntülərin terror aktları, təxribatların davam etdirilməsi cəhdləri ordumuzu suveren […]

Partiya sədri əsirlikdən qayıdanlarla bağlı narahatlığını açıqladı

Sərdar Cəlaloğlu: “Elə preparatlar var ki, insan bədəninə yeridiləndən sonra…” Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan 12 hərbi qulluqçu və 2 mülki  şəxs azad olunaraq ölkəyə gətirilib. Hazırda hərbi qulluqçularımız və mülki vətəndaşlarımız müayinə və müalicə olunurlar. Ermənilərin əsir və girovlarımızla necə […]

Koronavirusa qarşı dərmanlar “od qiymətinə” – nə etməli?

Müvafiq orqanlar isə məsuliyyəti bir-birilərinin üzərinə atırlar Uzun müddətdir ki, Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı 4 min, virusdan ölənlərin sayı isə 40 nəfərdən çox olur. Təkcə dekabrın 16-na olan son məlumata görə, ölkədə 4077 nəfərdə koronavirus aşkar edilib, testi pozitiv çıxan 43 xəstə isə vəfat edib. Gündəlik yoluxma sayı pik həddə çatan zamandan koronaviruslu xəstələr […]

Azərbaycanın meqalayihəsinə Qərbin dəstəyi davam edəcək

Ekspert: “Azərbaycan enerji təhlükəsizliyinin üç əsas göstəricisini təmin edib” Avropa Komissiyası Azərbaycan qazını Balkanlara və İtaliyaya çatdıran Trans-Adriatik Boru Kəmərinin (TAP) istismarına başlanmasını alqışlayıb. Bu barədə “Euractive” xəbər portalında yayımlanan “Komissiya Xəzər qazının Avropa İttifaqı ölkələrinə gəlməsini alqışlayır” adlı məqalədə məlumat verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin xəbərinə görə, məqalədə Avropa Komissiyası Cənub Qaz Dəhlizinin son […]

“Nəqliyyat canavarı” niyə gəncləri hədəf seçir?

Araşdırmalar sübut edir ki, bunun gizli səbəbləri var Reklam dünyası hər gün inkişaf edən, yeni texnologiyadakı maşınları tərifləməkdən doymur. Amma bu, “texnologiya xarüqəsi”nin ölüm aparatına çevrilməsinin qarşısını ala bilmir. Demək ki, maşınların mükəmməl olması çox da işə yaramır. İnsan faktoru ön plana çıxır. Və son illər yol qəzalarında dünyasını dəyişən, xəsarət alanların sırasında gənclər üstünlük […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031