Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 52 nəfər yaralanıb. AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, partlayış Kabil şəhərinin meydanlarından birində baş verib. Ehtimallara görə, hücumun hədəfində Əfqanıstan parlamentinin üzvlərindən birinin avtomobili olub. Onun yaralandığı bildirilir. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

“Sədərək”lə bağlı sahibkarlara ŞAD XƏBƏR – AZ ÖNCƏ AÇIQLANDI…

“Sərt karantin müddətində “Sədərək” Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi üçün sahibkarlardan yer pulu alınmayacaq”. Bunu Redaktor.az-a açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədim deyib. O, karantin müddətində sahibkarlardan yer pulunun alınması məsələsinə aydınlıq gətirib: “Bundan əvvəlki karantin rejimində olduğu kimi, “Sədərək”də fəaliyyət göstərən mağazalar karantin müddətində fəaliyyət göstərmədiyi üçün onlardan yer pulu alınmayacaq”. Qeyd edək ki, koronavirusun […]

Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq – RƏSMİ

2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda, 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, […]

Rusiya yeni silahların inkişafı proqramını planlaşdırarkən Qarabağdakı döyüş təcrübəsini nəzərə alacaq

Rusiya hökuməti yeni silahların inkişafı proqramını planlaşdırarkən Suriya və Qarabağdakı döyüş əməliyyatları təcrübəsini nəzərə alacaq. APA-nın xəbərinə görə, bunu Rusiya Baş nazirinin müdafiə sənayesi kompleksi məsələləri üzrə müavini Yuri Borisov RBK-ya müsahibəsində deyib. O bildirib ki, 2033-cü ilədək olan müddət üçün hazırlanacaq proqramda pilotsuz vasitələrin istifadəsi təcrübəsi nəzərə alınacaq. “Baxın, pilotsuz vasitələrin istifadəsi ilə hərbi […]

Paşinyan etirazlarla əlaqədar Syünik vilayətinə səfərini yarımçıq saxlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın etiraz aksiyaları ilə əlaqədar Syünik vilayətinə səfərini yarımçıq saxlayıb. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazir Sisian şəhərinin mərkəzi meydanında yerli sakinlərlə görüşü zamanı deyib. Nikol Paşinyan bildirib ki, ölkədə matəmi nəzərə alaraq təxribata getmək istəmir: “Əminəm ki, Gorus və Qafana getsəm, sizin qarşıladığınız kimi qarşılanacağam. […]

Əsgərlikdə olmayan generalis-simus, 8 dəfə türmədə yatan cani– Tarixin 100 dühasından biri: Stalin

21 dekabr Stalinin doğum günüdür. O, dünyaya gələndə planetin 1 milyard 397 milyon 664 min 43-cü sakini olub, çox qısa müddətdən sonra milyardların içərisində ən məşhur və tanınan şəxsiyyətlərdən birinə çevrilib, 43 ildən sonra planetin altıda bir hissəsinə, 188 milyon əhalisi olan SSRİ-yə rəhbərlik edib. 21 dekabr 1879-cu ildə Qoridə çəkməçi ailəsində anadan olan Stalinin […]

Putin: “Rusiya sülhməramlıları Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılığa riayət olunmasının qarantıdır”

Noyabrın 10-dan Rusiya sülhməramlıları Dağlıq Qarabağda mürəkkəb missiya icra etməyə başlayıblar. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiya İclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa riayət olunmasının qarantı olub: “Sülhməramlılar humanitar vəziyyətin yaxşılaşması, qaçqınlara yardım, ərazilərin minalardan […]

Şəkidə COVID-19 xəstəsi karantin postunda saxlanıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-21015” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun aktiv koronavirus xəstəsi kimi portalda qeydiyyatda olduğunu müəyyən ediblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, sürücü – Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı […]

TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə fotolar paylaşılıb. TƏBİB-dən verilən məlumata görə, bununla bağlı 18.12.2020-ci ildə TƏBİB tərəfindən açıqlama verilib: “İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə […]

Türkiyə Suriyada daha 4 PKK terrorçusunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsinə daxil olmaq istəyən terrorçuları məhv edib. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki əmin-amanlıq və təhlükəsizlik mühitini pozmasına imkan vermədik, verməyəcəyik. Bölgədə bütün tədbirləri görən qəhrəman komandolarımız PKK/YPG terrorçularını zərərsizləşdirib”, – məlumatda vurğulanıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031