Paşinyan Sünikə helikopter ilə getməyə məcbur oldu VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Sünik vilayətinin Goris şəhərinə helikopter ilə getməyə məcbur olub. “Report” xəbər verir ki, bu barədə məlumat yerli KİV yayıb. Qeyd edək ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.

Sumqayıtda “LADA”, Bakıda “Mercedes” markalı avtomobillər yandı

Sumqayıtda “LADA” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Digər hadisə Bakıda qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Kanada da Britaniya ilə hava əlaqəsini dayandırdı

Kanada Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkarlanması ilə əlaqədar bu ölkə ilə hava əlaqəsini müvəqqəti olaraq dayandırır. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə qərar baş nazir Castin Trüdonun Nazirlər Kabinetinin üzvləri ilə danışıqlarından sonra qəbul edilib. Qərar Bakı vaxtı ilə saat 09:00-da qüvvəyə minəcək və 72 saat davam edəcək.   Qeyd edək ki, […]

İsmayıllıda 18 yaşlı oğlan küçədə öldürüldü

Dekabrın 20-də saat 20 radələrində İsmayıllı rayon sakini 2002-ci il təvəllüdlü Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İsmayıllı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Məsimli Səxavət […]

Bayden Rusiyaya ağır zərbə vurmaq istəyir

ABŞ-ın yeni prezidenti Co Bayden Rusiyaya qarşı mümkün sanksiyaları dəyərləndirir. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Qeyd edilir ki, yeni sanksiyalar rusların ABŞ dövlət strukturlarına etdiyi kiberhücumlar fonunda tətbiq edilə bilər. Cavab tədbirləri iqtisadi və kiber sahədə özünü göstərə bilər. “Cavab olduqca güclü olmalıdır ki, cinayətkarlarda iqtisadi, maliyyə və texnoloji cəhətdən itkilərlə […]

Gorusun meri saxlanılıb

Ermənistanın hüquq-mühafizə orqanları Gorus şəhərinin meri Aruş Aruşanyanı saxlayıb. “Report” xəbər verir ki, bunu müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan feysbukda yazıb. Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyanın Gorus şəhərinin yerləşdiyi Sünik vilayətinə səfəri gözlənilir. A.Aruşanyan onun vilayətə girişinə əngəl olmaq üçün sakinlərə çağırış edərək onları “Sünikin Qapıları”na toplayıb.

Bakıda yaşayış binasında yanğın başlayıb

Bakıda yaşayış binasında yanğın baş verib. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail rayonunun Neftçilər prospektində yerləşən dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın qeydə alınıb. Qeyd edilib ki, dərhal hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yanğın söndürülür. Əlavə məlumat veriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031