Gürcüstanda iki azərbaycanlı güllələnib FOTO

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda iki nəfər güllələnib. “Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslərə evə qayıdarkən naməlum şəxs və ya şəxslər odlu silahdan atəş açıblar. Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb. Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı istintaqa başlanılıb.

3 nəfər idilər: ikisi öldü, biri isə parkda gecələyir- Bakının səfilləri VİDEO

Bakının Nizami rayonunda yerləşən parklardan birində yaşayan 3 səfildən ikisi dünyasını dəyişib. Sağ qalan 1 nəfər isə soyuq havada, parkda skamyaların üstündə gecələyir… Musavat.com olaraq səfil həyatı yaşayan Cavanşir İsmayılovun vəziyyəti ilə maraqlandıq. 60 yaşlı Cavanşir İsmayılovun ailəsi yoxdur. Özünün dediyinə görə kimsəsizdir. O bildirir ki, rəsmi qurumlarla onun sığınacağa aparılacağı barədə 5 dəfə danışıq olub. […]

Erməni katolikos erməniləri səfərbər olmağa çağırır

Bütün ermənilərin katolikosu birinci Aram 2021-ci ili “artsax ili” elan edib. Axar.az xəbər verir ki, bu sözləri ermənişünas alim İsmayıl Tanrıverdi deyib. “Klikiyada oturub ermənilərə göstəriş verən, xalqının, ölkə başçısının acı məğlubiyyətindən utanmayan bu “din xadimi” indi də 2021-ci ili “artsax ili” elan edib. Bir ölkənin ki dini lideri öz xalqını bilərəkdən qonşu ölkənin torpaqlarını […]

“Uber” məhkəməni uddu, Türkiyədə yenidən fəaliyyətə başlayacaq

“Uber” yenidən Türkiyədə fəaliyyət göstərəcək. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gün apellyasiya məhkəməsi “Uber” taksi xidmətinin fəaliyyəti ilə bağlı qadağanı ləğv edib. Beləliklə, “Uber” yenidən Türkiyədə fəaliyyətə başlayacaq. Qeyd edək ki, “Uber” taksi xidməti 2014-cü ildən Türkiyədə populyarlaşmağa başlamışdı. Onun fəaliyyəti ilə bağlı qadağaya qədər ölkədə 4,5 milyona yaxın insan bu şirkətin xidmətindən […]

Qarabağın Azərbaycanlı İcması: İlham Əliyevə Milli Qəhrəman adı verilməlidir

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində xalqımızın rifahı naminə və vətənimizin tərəqqisi üçün yorulmadan çalışmışdır. Onun rəhbərliyi altında ölkəmiz nəinki regionda, eləcə də qlobal səviyyədə […]

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası olacaq

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Qol.az xəbər verir ki, videokonfrans formatında olacaq iclas saat 11:00-da başlayacaq. İclasda 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi müzakirə ediləcək. Həmçinin müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin sözləşmələrinin […]

Əhaliyə MÜJDƏ: Bu gözlənilən qərar hamını sevindirəcək -RƏSMI

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Azerforum.com AZSABAH.COM-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib. S.Babayev bildirib ki, növbəti ildə əmək pensiyaların orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 […]

Məktəb direktoru qonaqlıq verdi, evindən 15 min manat yoxa çıxdı, oğru kim olsa yaxşıdır? – Rüsvayçılıq

Qusarda məktəb direktoru Zaur Məlikovun evindən 15 min manat yoxa çıxıb. Bundan sonra direktor polisə müraciət edib və ortaya çıxanlar direktoru çətin vəziyyətə salıb. Bu haqda facebook Elçin Bayramov adlı istifadəçi yazır. Sitat: Bir müddət əvvəl Qusar Rayon Mucuq kənd məktəbinin direktoru Zaur Məlikov oğlu Kənan üçün universiteti bitirməyi münasibətilə 40-45 nəfərlik məclis təşkil edib. Məclisdən […]

Qazaxıstan Prezidenti Azərbaycanın dövlət başçısına zəng edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Musavat.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Qazaxıstan Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları […]

Ermənilərin Paşinyana Azərbaycan türkcəsində müraciətinin sirri

“O mesajı vermək istəyirlər ki,  sən bizim üçün erməni yox, azərbaycanlısan, yəni  düşmənsən” Ermənilər son vaxtlar Nikol Paşinyana Azərbaycan türkcəsində müraciət edirlər. Mesaj aydındır – bununla demək istəyirlər ki, Paşinyan ermənidən daha çox azərbaycanlıdır. Zatən müharibədən sonra onu ya erməni hesab etmirlər, ya da satqın erməni hesab edirlər. Eyni zamanda müharibə vaxtı bir fakt da […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031