Pandemiyanın qeyri-humanist tələbləri – “Nyu-York Tayms”

Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunmuş “Pandemiyanın qeyri-humanist tələbləri” adlı yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yazının müəllifi “Nyu-York Tayms”ın məşhur şərhçisi Mişel Qoldberqdir. Bu yaxınlarda jurnalist En Helen Petersen “Twitter” sosial şəbəkəsində insanlardan pandemiyanın uzunmüddətli psixoloji təsirləri haqqında nə kimi məqalələr oxuduqlarını soruşub. Cavabların əksəriyyəti pandemiyanın uşaqlarda yaratdığı problemlərlə bağlı olub. Bu […]

Şuşada ilk bankomat və ödəniş terminalı quraşdırılıb

İşğaldan azad edilən Şuşa şəhərində “Kapital Bank” ASC-yə məxsus bankomat və ödəniş terminalı quraşdırılıb. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, müxtəlif dövlət qurumları üzrə, kommunal və rabitə və sair xidmətlərin ödənişlərini, həmçinin pul köçürməsi xidmətindən yararlanmaq mümkündür. Yaxın vaxtlarda, həmçinin “Azəriqaz” və “Azərsu”nun smart […]

TƏBİB sədri: “Yanvarın əvvəlində Azərbaycanda koronavirusa qarşı peyvəndləmə başlayacaq”

“Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”. “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. TƏBİB sədri qeyd edib ki, Azərbaycanda peyvənd pulsuz vurulacaq. Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın […]

Elza ilə Xatun əsgərlərlə görüşdə barışdı

Əməkdar artist Elza Seyidcahanla müğənni Xatun barışıb. Musavat.com xəbər verir ki, uzun müddətdir küsülü olan ifaçılar Qubadlıda əsgərlərlə görüş zamanı bir araya gəlib. Onlar birlikdə çəkdirdikləri fotonu sosial şəbəkədə yayaraq barışdıqlarını elan ediblər. Qeyd edək ki, sənətçilərin küsməsinə səbəb Xatunun Elza Seyidcahanı parodiya etməsi olmuşdu. Xatun Seyidcahana aid olmayan şeiri deyərək, onu ələ salmışdı.

Lavrov: “Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin aktiv qurulması prosesi gedir”

Beynəlxalq gündəmdə olan mövzulardan Dağlıq Qarabağdakı vəziyyətə prioritet diqqət ayırdıq. APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, – deyə S. Lavrov vurğulayıb. XİN […]

Çavuşoğlu: “Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir”

“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik”. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib. “Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə […]

SOCAR Nazirlər Kabinetinin dünənki qərarına aydınlıq gətirdi

“Azərbaycanda təbii qazın hasilatı ilə təkcə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olmur. Qazın hasilatı SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xarici şirkət tərəfindən həyata keçirilir”. Bu barədə Musavat.com-a SOCAR-dan bildirilib. Məlumata görə, ötən ilin misalında götürsək, SOCAR və əsas payı dövlətə məxsus əməliyyat şirkətləri birlikdə 6,8 milyard kubmetr qaz hasil etdikləri halda, ölkə daxilində 11,5 […]

Qarabağa dönüşümüzdən narahat olan Qərb “Azadlığ”ı – missionerlər iş başında

Bizə diş qıcayanlardan da, erməni təxribatlarından da, Şuşaya şərtlə qayıtmaq istəyən Rizvan Bədəlov kimilərdən də… qorunmağın optimal yolu – birliyimizi qorumaq! İkinci Qarabağ savaşı – Vətən müharibəsi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçının, habelə Hadrutun, Suqovuşanın və digər yaşayış məntəqələrimizin işğaldan azad edilməsi ilə nəticələndi. Azərbaycanın tarixi qələbəsindən sonra təbii ki, Qarabağda bütün […]

Rumıniyada koronavirusa yoluxanların sayı 620 minə yaxınlaşır

Rumıniyada koronavirusa yoluxanların sayı 618 min 429 nəfərə çatıb. AZƏRTAC Rumıniya səhiyyə nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 2620 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 15 min 334 nəfərdir. 543 min 341 nəfər sağalıb. Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Rusiya və Türkiyə XİN-ləri arasında 2021-2021-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb

Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2021-2021-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb. APA-nın Rusiya bürosunun məlumatına görə, imzalanma Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında baş tutub. Toplantının yekununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu Rusiya və Türkiyə XİN-ləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planını imzalayıblar. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031