Əli Nağıyev Armen Abazyanla görüşüb SON DƏQİQƏ

Azərbaycan və Ermənistanın təhlükəsizlik xidmətləri rəisləri sərhəd bölgəsində bir araya gəldilər “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə işgüzar görüş keçirib”. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi şənbə günü məlumat yayib Musavat.com “Sputnik Armenia”nın yaydığı xəbərə istinadən yazır ki, görüş Ermənistanın Ararat(Vedi) bölgəsinin Yerasx icmasına bitişik […]

Qubadlının Muradxanlı kəndindən görüntülər VİDEO

Müdafiə Nazirliyi Qubadlı rayonunun Muradxanlı kəndindən videogörüntülər yayıb. Musavat.com görüntüləri təqdim edir:

Tövlədə 5 kiloqramdan artıq narkotik aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb. […]

Qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib

Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7.6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib. Aksiya ötən ilin sentyabr ayının 28-dən etibarən Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə Hərbi vəziyyət […]

Alban-Udin dini icmasının üzvləri Xudavəng monastırında (VİDEO)

Xudavəng monastırının əsl sahibləri növbəti dəfə kilsəni ziyarət ediblər. Trend-in məlumatına görə, ötən gün Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri Kəlbəcər rayonunda olublar, icma üzvləri Xudavəng monastır kompleksini ziyarət ediblər. Alban kilsənin dini varisləri ayinlər icra edib, orada dualar oxuyub, ibadət edərək şamlar yandırıblar. Monastırın vaizi Farik Danakari jurnalistlərə açıqlamasında […]

ÜST: 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanıb

“36-sı yüksək, 6-sı orta gəlirli olmaqla 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans formatında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, dolayısı ilə aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin hələlik peyvənd almadığına dair açıq problem mövcuddur: “Bu, həll […]

“Forbes” İtaliyaya çatan Xəzər qazından yazdı: “Avropa Birliyi hələ də Rusiyadan asılıdır”

“Ermənistanla Azərbaycan arasındakı atəşkəsə də Moskva nəzarət edir” “Cənub Qaz Dəhlizi ötən ilin son günündən etibarən fəaliyyətə başlayıb. Azərbaycanın neft və qaz kompaniyası olan SOCAR-ın verdiyi məlumata görə, “Şahdəniz” yatağında hasil edilən qaz İtaliyaya çatdırılıb”. Amerikanın “Forbes” jurnalında gedən irihəçmli məqalədə belə deyilir. Jurnal vurğulayır ki, hər il 16 milyard kub.metr Azərbaycan qazı bu xətlə […]

Qazinin özü və qardaşı üçün kiçik təsərrüfatlar yaradılacaq

Vətən müharibəsi iştirakçıları ilə bağlı sosial dəstək tədbirləri müharibədə yaralanmış Xankişiyev Mirqəfər İlqar oğlunu və ailəsini də əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən məlumata görə, nazirlik əməkdaşları Mirqəfər və ailəsi ilə görüşüblər. Qazinin istəyinə uyğun olaraq sağalandan sonra onun özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyat aparılıb. Mirqəfərin qardaşı maşın ustası işləyir və […]

“Niyə 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?”- Erməni əsgər atası

“Torpaqların tezliklə veriləcəyini bildiyiniz halda, niyə bizim övladlarımızı öldürdünüz? Nə üçün 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?”. Azvision.az xəbər verir ki, bunu dünən Eçmiədzindəki hərbi hissənin qarşısında oturaq aksiya keçirən əsgər valideynlərindən biri deyib. İtkin düşmüş övladını hələ də tapa bilməyən əsgər atası baş nazir Nikol Paşinyanı tənqid edib. Onun sözlərinə görə, oğlunun döyüşmək üçün aparıldığı […]

Hindistanda xəstəxanada baş verən yanğın nəticəsində 10 çağa həlak olub

Hindistanın Maharaştra ştatında xəstəxanalardan birində baş verən yanğın nəticəsində ən azı 10 körpə həlak olub. AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 2 radələrində Bhandara rayonu mərkəzi xəstəxanasının yeni doğulmuş xəstə körpələrin müalicə aldığı bölmədə baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 7 körpəni xilas edə biliblər. İlkin ehtimala əsasən, yanğına […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031