Azərbaycanda son sutkada 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub, 16 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Nikolun hakimiyyətdən gedəcəyi gün – üstümüzə “IV respublika” gəlir!..

Kapitulyasiyaya imza atan Nikol Paşinyana qarşı ölkəsində istefa tələbləri çoxalıb. Katolikos II Qaregindən tutmuş, Ermənistan Yazıçılar Birliyinədək az qala, bütün ictimai-siyasi qurumlar, eləcə də Rusiyadakı erməni diasporunun rəhbərliyi “İstefa!” deyir. 17 partiyanı birləşdirən müxalifət də öz yerində. Paşinyan isə dirənib. Çünki əhalinin əksəriyyəti istefa məsələsinə laqeyddir. Bunun da mühüm səbəbi var: geniş kütlə yeni reallıqla […]

Qarabağda erməni minaya düşərək ölüb

Azərbaycanı Qarabağ bölgəsində erməni minaya düşərək ölüb. “Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, hadisə Tərtər rayonunun Ağdərə qəsəbəsi ərazisində qeydə alınıb. Məlumata görə, M.M. adlı erməni ekskavatorla iş görən zaman partlayış baş verib. Nəticədə o, müxtəlif dərəcəli yanıqdan hadisə yerində ölüb.

Əhməd İsmayılov: “Jurnalist və jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir”

“Jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa hazırda ehtiyac var. Biz müəyyən etməliyik, normativ hüquqi baza baxımından “media subyekti” anlayışı və media subyektlərinin bölgüsünü tam əhatə etməliyik”. “Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində deyib. “Jurnalist və jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu anlayışlara aydınlıq […]

“Brent” markalı neft 57 dollarlıq həddi keçib

“Brent” markalı neft ötən ilin 24 fevral tarixindən bu yana ilk dəfə 57 dollarlıq həddi keçib. Musavat.com xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri 0,88 faiz bahalaşaraq 57,08 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 0,79 faiz bahalaşaraq 53,66 ABŞ dollarından satılıb. Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyi “Brent” markalı neftin qiymətinə dair 2021-ci […]

Respublika əhəmiyyətli 2 avtomobil yolunun tikintisi yekunlaşıb FOTO

M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin təmir-tikinti işləri yekunlaşıb. Bu barədə Musavat.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən inşa edilib. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə […]

Qarabağda erməni əsgər ölüb

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qalan hərbçilərindən biri ölüb. “Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. 19 yaşlı əsgər Radik Tatosyanın ürək-damar sistemində yaranan problemdən öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Bakı Dəmir Yolu Vağzalının ərazisində müasir parklanma sahələri yaradılır

Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək. Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında deyilir. Qeyd olunur ki, müasir […]

“Adnan Oktar 9803 il həbs cəzası alsa da, 95 yaşında azadlığa çıxacaq” – Vəkildən ilginc açıqlama

“Adnan Oktar “9803 il həbs cəzası alsa da 95 yaşında azadlığa çıxacaq”. Musavat.com “CNN Türk”ə istinadən bildirir ki, bu barədə vəkil Mahir İşıkay açıqlama verib. Vəkil qeyd edib ki, mövcud Türkiyə qanunlarına görə, Adnan Oktar 30 ildən çox həbsdə qala bilməz: “İşlənən cinayətlərin tarixinə nəzər salmaq lazımdır. Bu çərçivədə İcra Qanununun qaydaları dəyişə bilər. Ancaq nə […]

Təhsil nazirinin müavini: “Dərsliklərdə dəyişikliklər aparılmasına başlanıb”

“Təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalı və icrasına başlanılmalı və vətənpərvərlik tərbiyəsi təhsildə əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir”. Musavat.com xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031