Qazimizə yeni mənzilin açarları təqdim edilib FOTO

Vətən müharibəsində yaralanan daha bir qazimizin – Məmməd Əkbərovun ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib. Nazirlikdən Musavat.com-a verilən məlumata görə, ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb. Bu gün Nazirliyin […]

Çində COVID-19-a gündəlik yoluxma halları yenə çoxalıb

COVID-19 virusunun yayılmasını ötən bir neçə ayda nəzarət altına almağı bacaran Çində son günlər yoluxma halları yenidən çoxalmağa başlayıb. Ötən sutka ölkədə infeksiyaya 144 yoluxma qeydə alınıb. AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, yoluxma hallarının əsas hissəsi Hebey və Heyloncian vilayətlərində aşkarlanıb. Bundan başqa, 66 asimptomik hal da qeydə alınıb. […]

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada qeydə alınan 6,2 bal gücündə zəlzələ nəticəsində ən az üç nəfər ölüb, 24 nəfər yaralanıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fəlakət nəticəsində 60-dan çox bina dağılıb. Yeraltı təkanlar bir neçə torpaq sürüşməsinə də səbəb olub. Zəlzələnin episentri Pare-Pare şəhərindən 139 […]

Mikayıl Cabbarovdan Qarabağ açıqlaması

“Ali Baş Komandanın qətiyyəti və Milli Ordumuzun rəşadəti ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış başlayır”. Musavat.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. “İqtisadiyyat Nazirliyi və Qarabağ Dirçəliş Fondu Qarabağın yüksək rifaha malik regiona çevrilməsinə mühüm dəstək verəcəklər”, – deyə, o qeyd edib.

Honq Konqda ilk dəfə yüksək patogenli quş qripi ştammı aşkar edilib

Honq Konqda yüksək patogenli H5N8 quş qripi virusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə South China Morning Post qəzeti kənd təsərrüfatı, balıqçılıq və təbiətin qorunması üzə departamentinə istinadən bildirib. Çinli materiklə sərhəddə yerləşən “May Po” Bataqlıq Qoruğunda vəhşi quşların peyinində virulent ştammı təsdiqlənib. Alimlər virusun bu ərazidə qışlayan köçəri quşlar tərəfindən daşındığını düşünürlər.

Trampa “ən sağlam prezident” arayışı verən həkim öldü

ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi həkimi Harold Bornsteyn 73 yaşında vəfat edib. Azvision.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Lakin həkimin ölüm səbəbi açıqlanmayıb. ​Xatırladaq ki, Bornsteyn 2015-ci ildə Trampın seçki qərargahının onun imzaladığı arayışı dərc etməsindən sonra məşhurlaşmışdı. Arayışda deyilirdi ki, Trampın qan analizi sadəcə möhtəşəmdir, özü çox güclüdür. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031