Ürək yandıraraq ürəklərə yol tapan

2020-ci ilin noyabr-dekabr aylarında – pandemiyanın ən pik vaxtlarında (hər gün 4000-5000 yoluxma olurdu) qardaşım bu xəstəliyə tutuldu. Xəstəxanalarda  yer yox, qardaşımın da vəziyyəti ev şəraiti üçün deyil – gündən-günə ağırlaşırdı. Hərbçi, Birinci Qarabağ müharibəsinin qazisi olması dadımıza çatdı – böyük çətinliklə xəstəxanaya qəbul etdilər. Ancaq ikinci problem yarandı – əlaqəmiz kəsildi. Xəstəxanaya buraxmırdılar, özünün […]

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş Laçın rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlayıb. Musavat.com xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyev məlumat verib. “Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti video-çarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub”, – deyə o, qeyd […]

Qarabağa avtobus marşrutlarının təşkilinə dair pasportlar hazırlanıb

2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib. “Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 2020-ci ilin hesabatında bildirilir. Sənəddə həmçinin deyilir ki, işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün […]

Rusiya son ümidlərini də öldürdü – ERMƏNİSTAN ÜÇÜN SON!

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb”. Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib. “Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, – S.Lavrov vurğulayıb.

Özbəkistanla Tacikistan arasında müntəzəm aviareyslər bərpa edilir

“Özbəkistan Hava Yolları” aviaşirkəti Daşkənd-Düşənbə-Daşkənd marşrutu üzrə müntəzəm uçuşların bərpa edir. “APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuşlar həftədə bir dəfə, çərşənbə günü yerinə yetiriləcək. Tacikistanın “Somon Air” aviaşirkəti isə həftənin cümə günləri Düşənbə-Daşkənd-Düşənbə marşrutu üzrə uçuşlarına start verəcək. Qeyd edək ki, ötən ilin dekabrın 25-dən Özbəkistana gələn bütün sərnişinlər hava limanına çatdıqdan sonra […]

Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə münasibət bildirib

“Bütün razılaşmalarda, hər şeydən öncə 9 noyabr bəyanatında Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqənin təmin olunacağı əksini tapıb”. Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin “Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfər etməsinə etiraz edir. Ermənistan […]

Rusiyada pandemiya qurbanlarının sayı 66 mini ötdü

Rusiyada son bir gündə daha 22 857 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 591 066 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 471 nəfər artaraq 66 037-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 […]

Rəşid Mahmudov: “O dünyadayam, amma dəf kimiyəm…”

Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun  COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb. Sfera.az xəbər verir ki, yenisabah.az-a danışan R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib: “Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə […]

Azərbaycanda pensiyalar artırılır (RƏSMİ/VİDEO)

Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur. Qaynarinfo xəbər verir ki, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. A.Kərimov qeyd edib ki, pensiya indeksləşdirildikdən sonra, artıq artım məbləği barədə rəqəm söyləyə biləcəklər.

Fənn olimpiadaları üçün şagirdlər seçildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə sınaq yoxlamaları və monitorinqlər keçirilib. İdarədən Musavat.com-a bildirilib ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə onlayn şəkildə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak edib. Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031