Almaniyada koronavirusun daha bir mutasiyası aşkar edildi

Almaniyanın cənubunda koronavirusun yeni mutasiyası aşkar edilib. Trend-in məlumatına görə, Bavariya federak torpağının Qarmiş-Partenkirxen şəhərində 3 nəfər virusun yeni növünə yoluxub. Qeyd olunur ki, bu mutasiya əvvəl heç vaxt müəyyən edilməyib. Mütəxəssislər bugünədək SARS-CoV-2 virusunun 12 mindən çox mutasiyasını aşkar edib. Yeni mutasiyalardan ən yoluxucusu “Britaniya ştammı” hesab olunur.

İsmayıllı və Tərtər sakinlərindən silah götürülüb

İsmayıllı və Tərtər rayon sakinlərində silah aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraqaya kənd sakinləri – A.Babayevdən “İJ-16”, V.Abasovdan “TOZ-63”, Buynuz kənd sakini E.Babayevdən isə “İJ-16” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Bundan başqa, […]

MTRŞ: Dövlət kanallarında bəzi çatışmazlıq aşkarlanıb

Ötən il dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıq aşkarlanıb. Musavat.com xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib. Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial […]

Tərtərdə karantini pozaraq futbol oynayan şəxslər saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Musavat.com-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib. Qayda pozuntusuna yol verən […]

MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

Sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilib, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilib. Musavat.com xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əks olunub. Hesabatda qeyd edilib ki, Müharibənin ilk günü Milli Televiziya və Radio Şurası ölkədə fəaliyyət […]

Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub

Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının yayımı və 3 ümumölkə radio kanalının yayımı təmin olunub. Musavat.com-un məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb. Hesabatda qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni TV və FM radio yayım stansiyalarının quraşdırılması, ümumölkə yerüstü TV və […]

Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib FOTO

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır. Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək. […]

Prokurorluğa sənəd qəbulu fevralın 1-də başa çatır

Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında da gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 2002-ci ildən başlayaraq […]

Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Xəbərdarlığa görə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək […]

20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq

Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Musavat.com-a daxil olan məlumatda deyilir: “20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 20 Yanvar günü səhərdən başlayaraq, Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031