“Hərbi qulluqçuların xidmət illərinə görə pensiya təyinatı zamanı ortada olan bəzi haqsızlıqlar aradan qaldırıılsın”

Böyük Vətən Savaşında müzəffər Ali Baş Komandanın rəhbərliyi altında mənfur erməni işğalçı qüvvələri üzərində möhtəşəm qələbə qazanmasında bütün əsgər və zabitlərimiz əlindən gələni etdi və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Üçrəngli Bayrağımız bu gün Şuşamızda və digər işğaldan azad edimiş ərazilərimizdə dalğalanır. Sentyabrın 27-dən başlayaraq həm Silahlı Qüvvələrimiz, həm də cəmiyyətimiz möhtəşəm birlik […]

“Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoruna yeni müavin təyin edilib

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoruna yeni müavin təyin edilib. Musavat.com xəbər verir ki, bu, Ziya Kəngərlidir. O, 1980-ci il Bakıda anadan olub, Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib, eyni zamanda, Kolumbiya Universiteti və London Biznes Məktəbində (LBS) MBA dərəcəsi əldə edib. Z.Kəngərli indiki vəzifəyə təyin edilməmişdən öncə Maliyyə […]

ƏƏSMN məşğulluq proqramlarının hazırlanması sahəsində Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də erməni faşizminin işğalından azad edilmiş yurd yerlərimizə qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramlarının hazırlanmasıdır. Bu sahədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.   APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev BƏT-in Moskva ofisinin […]

Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək […]

Nazir: “Ermənilərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparması cinayətdir”

“Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik”. APA-nın məlumatına görə, bunu jurnalistlərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında mədəniyyət naziri Anar Kərimov deyib. Nazir qeyd edib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: “Biz bunu qətiyyətlə […]

Navalnının mətbuat katibinə 9 sutkalıq həbs cəzası verilib YENİLƏNİB

Rusiyalı müxalifət lideri Aleksey Navalnının mətbuat katibi Kira Yarmışa 9 sutkalıq həbs cəzası verilib. “Report” xəbər verir ki, bu barədə o öz tvitter səhifəsində məlumat verib. “Nə edəcəyinizi bilirsiniz. Yanvarın 23-ü saat 14:00-da şəhərlərinizin mərkəzi küçələrinə gəlin!”, – deyə K.Yarmış əhalini etiraz etməyə çağırıb. *** Qurucusu rusiyalı müxalifətçi Aleksey Navalnı olan Korrupsiya ilə Mübarizə Fondunun (KMF) iki əməkdaşı […]

Erməni politoloq: “Erməni üçün türkün iti olmaq daha yaxşıdır”

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”. “Report” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın əqidədaşlarından sayılan politoloq Levon Şirinyan “Arm Daily”yə müsahibəsində söyləyib. “Onlar bizim müvəqqəti müttəfiqimiz olsalar da, bundan təcili imtina etmək lazımdır”, – politoloq vurğulayıb. Xatırladaq ki, yanvarın 20-də N.Paşinyan parlamentin hökumət saatında Şuşanın erməni şəhəri olmadığını söyləyib: “Yəni […]

Hitlerin tarixi revanşı – Almaniya 1918-ci ildə, Fransa isə 1940-da eyni yerdə kapitulyasiya aktı imzalayıb

Dünyanın siyasi liderləri öz rəqiblərini qıcıqlandırmaq, hətta bəzən alçaltmaq üçün çoxsaylı ağılasığmaz əməllərə qol qoyublar. Bu baxımdan Adolf Hitlerin “fantaziya”sı daha güclü olub. Məsələn, fürerin ad günündə onun qarşısına SSRİ-nin maketi formasında qoyulan tortun Bakı hissəsini kəsməsi, Stalinin adını daşıyan şəhəri yerlə-yeksan etməsi, Moskva ilə bağlı qorxunc bəyanatların səsləndirməsi ilə Hitler sovet liderlərinə həm də […]

Ötən il yaşayış evi və obyektlərdən “isti izlər”lə tutulan şəxslərin sayı açıqlanıb

Ötən il respublika üzrə mühafizə olunan 170 yaşayış evi və obyektə oğurluq məqsədilə edilən müdaxilənin qarşısı alınaraq, 74 nəfər şübhəli şəxs “isti izlər”lə tutularaq, istintaq orqanlarına təhvil verilib. Bu barədə “Report”un sorğusunu cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, eləcə də mühafizə polisinin xidməti marşrutlarında cinayət törədən 237, axtarışda olan 87 nəfər, […]

“Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin” – Mütəxəssis

Sevindirici haldır ki, artıq yanvarın 18-dən ölkəmizdə COVİD-19 virusuna qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Amma çox istərdik ki, insanlarımız vaksinlərlə bağlı aparılan anti-təbliğatlara yönəlmiş məlumatlara inanmasınlar, ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsinlər. Bunu Trend-ə tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib. Onun sözlərinə görə, vaksinasiya pandemiya və epidemiyaya səbəb olan yoluxucu xəstəliklərlə mübarizədə ən effektli yoldur. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031