İcra başçısı Vətən müharibəsi şəhidinin doğum günündə ailəsini və məzarını ziyarət etdi – FOTO/VİDEO

Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 senytabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında […]

Ermənistanın ABŞ siyasətinə təsir gücü

Uğurlu dövlət quruculuğunun və davamlı inkişafın sadə və hamı tərəfindən sınanılmış dönməz bir yolu var. Yerləşdiyi regionun və bütövlükdə dünyanın dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq hər bir dövlətin təhlükəsizliyi və davamlı inkişafının birinci zəmanətidir. Bu halda Ermənistanın təhlükəsizliyi və davamlı inkişafının qonşu dövlətlərdən – Türkiyə, Azərbaycan, Gürcüstan və İrandan birbaşa asılı olduğunu görməmək mümkün deyil. […]

Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…

Azərbaycanda haqqında daha çox şikayətlər edilən və son zamanlar barəsində sosial şəbəkələrdə daha çox neqativ xəbərlər yayılan biznes qurumlarından biri də “Kontakt Home” mağazalar şəbəkəsidir. Məişət texnikası və mebel bazarında daha çox istehlak kreditləri portfeli olan şirkətlərdən biridir – “Kontakt Home”. “Başınıza dəysin müştəriyə xidmətiniz” Bu ticarət mərkəzlərindən edilən daha çox şikayətlərin əsas məğzi də […]

Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanır

Ermənistanda Metsamor meyitxanasının yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducular qalmaqala səbəb olub. Musavat.com ordu.az-a istinadən xəbər verir ki, həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşib. Metsamor sakinlərinin dediklərinə görə, müharibədə iştirak edən, cəsədləri hələ müəyyənləşdirilməyən hərbi qulluqçuların qalıqları səyyar soyuducularda saxlanılır. Onların sözlərinə görə, artıq morqda cəsədlərin saxlanılması üçün yer qalmayıb və bu […]

Fərman İsmayılovun dəfn olunacağı yer açıqlanıb

Yanvarın 23-də dəniz quldurlarının Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücumu nəticəsində öldürülən azərbaycanlı mühəndis 1976-cı il təvəllüdlü Fərman İsmayılov bu gün dəfn olunacaq. “Report”un əldə etdiyi məlumata görə, o, Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq. Hazırda F.İsmayılovun cənazəsi Azərbaycana gətirilməsi üçün Türkiyədən yola salınıb. Qeyd edək ki, […]

Cəbrayılın Göyərçinveysəlli kəndindən görüntülər VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən videogörüntülər hazırlayıb. Musavat.com həmin görüntüləri təqdim edir:

Üç mühüm sahəni kurasiya edəcək yeni nazir: ABŞ təhsilli maliyyəçi…

Yanvarın 26-da Prezident İlham Əliyev Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə Rəşad Nəbiyev yeni nazir təyin edilib. Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci il avqustun 26-da doğulub. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi […]

Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə göndərilib

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib. “Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb. Cənazə yerli vaxtla 07:30-da İstanbuldan Bakıya göndərilib. Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin […]

Avropa Şurasında 20 ilimiz: bu qurum bizə nə verdi?

Natiq Cəfərli: “Yaxın gələcəkdə siyasi məhbus problemi gündəmdən düşəcək, Avropa Şurası ilə münasibətlərin inkişafı üçün fürsətlər açılacaq” Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 20 il ötdü. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycan artıq 20 ildir Avropa ailəsinin üzvüdür. 2000-ci il iyunun 26-28-də AŞ PA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə […]

Fərid Şəfiyev: “Qarabağ ermənilərinə yardım edilməsini ən çox dəstəkləyən Rusiya erməniləridir”

“Erməni diasporunun içərisində də artıq belə fikirlər səslənir ki, ”bizi inək kimi sağırlar”” Rəsmi Bakının sərt xəbərdarlıqlarına baxmayaraq, İrəvandan Qarabağa növbəti qanunsuz səfərlər davam edir. Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyan və Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Anjargolyan 22-24 yanvar tarixlərində Xankəndində olublar. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031