Azərbaycanda pul bazası artıb

2021-ci il fevralın 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 12,782 milyard manat təşkil edib. Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir Ötən ayla müqayisədə pul bazası 5,8 faiz və ya 782,2 milyon manat azalıb. Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz və ya 1,24 milyard manat artıb.

Bakcell Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat ianə edib

Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib. Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradıldı. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycanın […]

“Ən effektiv mübarizə üsulu vaksinasiyadır” – Baş infeksionist

Koronavirusun Britaniya ştammının klassik ştammdan fərqi yalnız onun daha sürətlə yayılmasıdır. Beləliklə, yoluxmaların sayı artdıqca proporsional olaraq xəstələnənlərin, o cümlədən xəstəliyi ağır keçirən pasiyentlərin sayı artmalıdır. Məlum olduğu kimi, artq onlarla ölkədə, o cümlədən əhatəmizdəki ölkələrdə bu ştammın olması təsdiqini tapıb. Hazırda bir çox ölkələrlə əlaqələrimiz məhdud olsa da, birmənalı olaraq bu ştammın ölkəmizə gəlməsini […]

İspaniya 4 günlük iş həftəsinə keçməyə hazırlaşır

İspaniyada 4 günlük iş həftəsinə keçilməsi ilə bağlı pilot layihəyə başlanılır. Azvision.az xəbər verir ki, ölkənin Sənaye, Ticarət və Turizm Nazirliyinin mütəxəssisləri, mərkəz sol “Mas Pais” partiyasının nümayəndələri ilə birlikdə işçilərin maaşları saxlanılmaqla 4 günlük və ya 32 saatlıq iş rejiminə keçmək üçün pilot layihənin detalları üzərində çalışırlar. Məsləhətləşmələr İspaniya hökumətinin keçən həftənin sonunda dörd […]

Avropa Parlamenti ilə Milli Məclis arasında canlı bağlantı olub

Bu gün Avropa Parlamenti ilə Milli Məclis arasında canlı bağlantı olub. 1news.az xəbər verir ki, video-formatda keçirilən görüşdə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Cavanşir Feyziyev və Marina Calyurand bölgəmizdəki son durumu müzakirə ediblər. Millət vəkili Cavanşir Feyziyev Azərbaycan, Rusiya və Ermənistan arasında dövlət başçıları səviyyəsində keçirilən 11 yanvar görüşündə qəbul olunmuş qərarları xatırladıb. Bu günlərdə hər […]

Dünyada son sutkada 444 min koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 444 580 nəfər koronavirusa yoluxub, 10 885 nəfər ölüb. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib. Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 102 584 351 yoluxma hadisəsi, 2 222 647 ölüm faktı qeydə alınıb. Son 24 saat ərzində yoluxmanın 58 faizdən çoxu Şimali […]

10 ton leş əti satan “At Elçin” ləqəbli şəxs həbs edildi FOTO VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, əməliyyat zamanı Salyan rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu […]

Qubadlıda 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, Ermənistan […]

İşığın, qazın da qiyməti qalxacaqmı – rəsmi qurumlardan açıqlama

Əhali deyir ki, qiymətlər artırsa, maaş və pensiyalar da artırılsın… Ötən gündən etibarən əhali üçün içməli suyun qiyməti ikiqat hesablanmağa başladı. Tarif Şurasının iclasında “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, […]

Suyun qabağındakı əjdahalar

Hökumətin, Tarif Şurasının, “Azərsu”nun qeyri-peşəkarlığı özünü göstərdi. Yoxsa camaat suyun qiymətinin qalxmasına narazı olmazdı. Bir şey ki, onsuz su qiymətinədir… Budur, artıq parlament ayağa qalxıbdır, deputatlar suyun qiymətinə etiraz edir. Sabah seçicilər, məsələn, Məzahir müəllim seçki qutularını su ilə doldurub, protokolları, türkün sözü, islatsa, nə edəcəksiniz? Halbuki çıxış yolu var idi, özü də neçə dənə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728