Ankarada İŞİD terror təşkilatının üzvləri saxlanılıb

Türkiyə polisi Ankarada İŞİD terror təşkilatı üzvlərinin saxlanılması üçün əməliyyat keçirib. AZƏRTAC xəbər verir ki, terror təşkilatının təbliğatını həyata keçirməkdə olan 27 nəfər şübhəli qismində saxlanılıb. Dəstə üzvləri İŞİD-ın rəhbər şəxslərindən olan Ebu Hanzala ləqəbli təhlükəli terrorçu Halis Bayuncukun həbsdən azad olunması üçün açıq çağırışlar etməkdə, ictimai yerdə aksiya keçirməkdə və qeyri-qanuni yollarla pul toplamaqda […]

Co Bayden ABŞ və Meksika sərhədində ailələrin yenidən birləşməsi barədə fərmanlar imzalayıb

ABŞ Prezidenti Co Bayden federal hökumətin mühacirət siyasətində islahat barədə bir neçə fərman imzalayıb. Ağ evin məlumatına görə, bu islahatlar ailələrin qorunması, qanuni miqrasiyanın nizama salınması və sərhədləri qeyri-qanuni keçmələrin öyrənilməsinə istiqamətlənib. AZƏRTAC xəbər verir ki, Bayden artıq yanvarın 20-də, Prezident vəzifəsinə başlayan kimi, mühacirətlə bağlı bir neçə fərman imzalayıb. Lakin çərşənbə axşamı imzalanan sərəncam […]

Cənubi Kipr bundan sonra “qızıl pasport”lar dövrünə heç bir zaman qayıtmayacağını bəyan edib

Cənubi Kipr Respublikasının prezidenti Nikos Anastasiadis bundan sonra ada iqtisadiyyatını gücləndirmək naminə tətbiq olunan “vətəndaşlıq müqabilində pasport” proqramına geri qaytımayacaqlarını söyləyib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu bəyanatı Ali Məhkəmənin keçmiş sədri Miron Nikolatosun rəhbərliyi altında yaradılan təhqiqat komissiyasına ifadəsində söyləyib. Komissiyaya həmçinin ölkənin Qiymətli kağızlar və birja komitəsinin rəhbəri Demetra Kalogiru, […]

Udo Ştaynbax: “Digər dinlərə qarşı tolerantlıq Azərbaycanın unikal özəlliyidir”

“Azərbaycanda İslam bir çox digər müsəlman ölkələrindən, xüsusən də azərbaycanlıların əksəriyyətinin mənsub olduğu şiə təriqətinin hökmran olduğu qonşu İrandan fərqlənir”. Bu sözləri “Report”a Yaxın Şərq üzrə almaniyalı nüfuzlu ekspert, islamşünas professor Udo Ştaynbax deyib. “Rusiya Cənubi Qafqazı (tarixi Azərbaycanın bəzi hissələri də daxil olmaqla) ilhaq etdikdən sonra Azərbaycan elitası çar imperatorluğunun modernləşdirilməsində iştirak edib, bu […]

Postdakı general-polkovniklər

Prezident İlham Əliyevin 2 fevral sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verilib. Novator.az bildirir ki, daha 9 mərkəzi icra hakimiyyəti orqanının rəhbəri general-polkovnikdir: müdafiə naziri Zakir Həsənov, ədliyyə naziri Fikrət Məmmədov (I dərəcəli dövlət ədliyyə müşaviri kimi), daxili işlər naziri Vilayət Eyvazov, fövqəladə hallar […]

Uqandada yol qəzasında 32 nəfər ölüb

Uqandada ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, bu barədə bu gün “Daily Monitor” qəzeti məlumat yayıb. Qəza ötən gün Uqandanın qərbində, təmir işləri aparılan yolda baş verib. Beş avtomobilin toqquşması nəticəsində ən azı 32 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi – Fotolar

Bakcell Bakı şəhərində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə nömrə və aksessuar satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirərək ən innovativ “hər şey bir arada” konsepsiyası əsasında qurulub. Təbriz küçəsi 108 ünvanında yerləşən yeni Bakcell mağazasının açılmasında əsas məqsəd abunəçiyə daha yaxın olmaqdır. […]

Gəncə Dövlət Universitetində “Soros” və erməni təsbiti…

Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adından Azərbaycan Respublikasının prezidenti, Ali baş Komandan İlham Əliyevə, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə şok sayıla biləcək açıq müraciət ünvanlanıb. Müraciət mətninin surəti dərc olunması üçün “Demokratik.Az saytına da göndərilən ilginc məktub Ali Baş Komandan cənab İLHAM ƏLİYEVin bugünlərdə öz çıxışında Ermənistan baş naziri Nikol […]

SON DƏQİQƏ:Səlim Müslümov HƏBS EDİLDİ

Əmək və əhalinin sosial müdafiəsinin sabiq naziri Səlim Müslümov həbs edilib.Musavat.com Unikal.org-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb. Qeyd edək ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. Onu da nəzərinizə […]

ABŞ zərbə endirməyəcək: hərəkətə keçməliyik – Haneqbi

ABŞ ordusu İranın nüvə obyektlərinə əsla zərbə vurmayacaq. İsrailin təkbaşına hərəkət etməsi lazımdır. Axar.az xəbər verir ki, bu açıqlama ilə İsrailin yaşayış məntəqələri üzrə naziri Tzaçi Haneqbi çıxış edib. Tehran rəhbərliyinin nüvə fəaliyyətinin qarşısını almaq üçün gələcəkdə başqa bir seçimin olmayacağını deyən nazir ölkəsinin bununla bağlı müstəqil şəkildə hərəkət etməli olduğunu qeyd edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728