Almaniya Belarus müxalifətinə 21 milyon avro ayırır

Almaniya Belarus müxalifətinin dəstəklənməsi üçün 21 milyon avro pul ayıracaq. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Belarusla həmrəylik” adı altında onlayn-konfransda çıxış edən Almaniya xarici işlər naziri Hayko Maas məlumat yayıb. Onun sözlərinə görə, Almaniya hakimiyyəti Aleksandr Lukaşenko əleyhdarlarının dəstəklənməsi üçün fəaliyyət planı belə qəbul edib. Burada müxalif şəxslərə sığınacaq verilməsi, onlara […]

Məhəmməd Əlini məğlub edən boksçu xərçəngdən öldü

Dünya Boks Şurasının və Beynəlxalq Boks Assosiasiyasının versiyaları üzrə superağır çəkidə dünya çempionu olmuş amerikalı idmançı Leon Spinks vəfat edib. Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Leon Spinks 67 yaşında dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən öldüyü bildirilir. Məlumata görə, boksçuya beş il əvvəl prostat xərçəngi diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, keçmiş çempionun həyatını xilas […]

Bakıda restoranda toy məclisi keçirənlər aşkarlandı

Bakıda polis əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. “Report”un əldə etdiyi məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ərazisində yerləşən restoranların birində xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı […]

Sumqayıtda narkotik alverçisi həbs edildi

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib. Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilib.

Ramos əməliyyat olundu

“Real”ın kapitanı Serxio Ramos əməliyyat olunub. Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi dizindəki problemlərlə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyub. Ramosun əməliyyatının uğrulu keçdiyi bildirilsə də, onun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb. İspaniya mətbuatı Ramosun azı iki ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Stalinin almanlara əsir düşən oğlu Yakov – müəmmalar, həqiqətlər, versiyalar

Stalin hakimiyyəti dövrünün bu günə qədər də müəmmalı qalan hadisələrindən biri rəhbərin böyük oğlu Yakov Cuqaşvilinin əsir düşməsi, ölümü və ya öldürülməsinin hansı şəraitdə baş verməsidir. Bu günə qədər bu məsələ ilə bağlı çoxsaylı və fərqli versiyalar səsləndirilir. Müharibə dövründə baş leytenant rütbəsində olan Yakov Cuqaşvili batareya komandiri vəzifəsində döyüş bölgələrində xidmət edib. O, 17 […]

Qələbə intizarlı poeziya

Qarabağlı Səxavət Məmmədova Məhəmmədəli qızı 1977-ci ildə Tərtər şəhəri, Səhləbad kəndində anadan olub. Ata yurdu Ağdam rayonu, Şurabad kəndində yaşayıb. On dörd yaşından da şeir yazmağa başlayan Səxavət xanım 1992-ci ildə öz elindən obasından qaçqın düşüb. Bir körpə xəyalı ilə yazılan şeirlər düşmən əsarətində olan ata yurdunda qalır və şairəyə poetik vergi bir də 2013-cü […]

Ağdaşda DƏHŞƏT – ÖLƏNLƏR VAR

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə “Report”un Qərb bürosu xəbər verir. Məlumata görə, rayonun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması zamanı 1971-ci il təvəllüdlü Rahilə Əhmədova, nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova və 1984-cü il təvəllüdlü Seymur Əhmədov ölüb. Ölənlər […]

Tanınmış jurnalist Aslan İsmayılovu darmadağın etdi – Video-film

Tanınmış jurnalist Aygün Muradxanlı hüquqşünas Aslan İsmayılovun iddialarına cavan verib. Musavat.com xəbər verir ki, A. İsmayılov illərdir ki, bir neçə jurnalisti özünə düşmən elan edib və onlarla “vuruşur”. Həmin jurnalistlərdən biri də Aygün Muradxanlıdır. Dünən Aslan İsmayılov özünün Facebookdakı səhifəsində çıxış edərək, yenə də ləyaqətsiz bir tərzdə Aygün Muradxanlını və daha bir neçə jurnalisti təhqir […]

Dünyada indiyədək COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 73-ə çatıb. APA-nın xəbərinə görə, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub. Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub, gündəlik vaksin olunanların sayı isə 4,69 milyon nəfərə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728