İcra başçısından korrupsiya əməliyyatı xəbəri ilə bağlı AÇIQLAMA

Daşkəsən rayonunun İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev Musavat.com saytına münasibət yazısı göndərib. Onu təqdim edirik: “Bir sıra xəbər saytlarda yayılmış guya “Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib” başlıqlı yazılara cavab olaraq bildiririk ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib. Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən […]

Çeçenistan lideri Kadırov Zabit Səmədov və Burak Özçivitə ziyafət verdi

Çeçenistanın lideri Ramzan Kadırov azərbaycanlı idmançı Zabit Səmədov və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə bir araya gəlib. Musavat.com xəbər verir ki, Kadirov ilə məşhurların görüşü Qrozni şəhərində baş tutub. Ramzan Kadirov onlar üçün böyük məclis təşkil edib. Gecədə Zabit və Burakın rol aldığı “Kurtuluş Osman” serialının yaradıcı heyəti də yer alıb. Görüşdən görüntülər sosial şəbəkədə […]

Azərbaycanın Avropa Məhkəməsində Ermənistana qarşı hansı iddiaları qaldırdığı açıqlanıb

“Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edilib. Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan Hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir”. Bunu APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. K. Cəfərov hesab edir ki, burada əsas məqsəd […]

Xalq artisti Ramiz Əzizbəylinin hazırkı halı ilə bağlı paylaşım – FOTO

“Xəzər” televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşov xalq artisti Ramiz Əzizbəylini evində ziyarət edib. Musavat.com xəbər verir ki, Murad Dadaşov xalq artistinin mənzilindən foto paylaşaraq onun səhhətinin yaxşı olduğunu bildirib: “Ramiz Əzizbəylinin yanında idim. Söz verdi ki, Allahın köməyi ilə sağalan kimi ilk olaraq bizim telekanalda qonaq olacaq”. Qeyd edək ki, xalq artistinin ayağında qanqrena […]

Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA – 80 nəfər qonaqla…

Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz buna görə də toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət etməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir. Azərbaycanda koronavirusa […]

Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 580 min manat bank krediti ödənilib

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb. Report xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf olunub. Ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü: Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün […]

Fevralın 20-də Ermənistanda növbəti etiraz aksiyası keçiriləcək

Fevralın 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası keçiriləcək. Report “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyası Ali Şurasının nümayəndəsi, “Vətənin qurtuluşu hərəkatı”nın əlaqələndiricisi İşxan Saqatelyan feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, mitinq yerli vaxtla saat 15:00-da paytaxt Yerevanın Azadlıq meydanında başlayacaq. İ.Saqatelyan N.Paşinyan seçkilər yolu ilə […]

Klopp ciddi səhvlər edən Alissonla nə danışıb?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp qapıçıları Alisson Bekerla aralarındakı dialoq haqda danışıb. 28 yaşlı braziliyalı qolkiper dünən Premyer Liqanın “Mançester Siti”yə qarşı matçında qollarla nəticələnən iki kobud səhvə yol verib. Bu səbəbdən onun komandası 1:4 hesabı ilə uduzub. Qol.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis bu məsələyə də münasibət bildirib. O deyib: […]

UNEC-də konfrans: Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası

UNEC-də “Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı giriş sözü ilə açan UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədov konfransın məqsədi barədə məlumat verərək, mövzunun aktuallığından danışıb. O, İslam iqtisadiyyatının bu gün ölkəmiz üçün daha aktual olduğunu, Qarabağ regionunda kapitaltutumlu iri meqalayihələrin təminatı üçün alternativ […]

Gürcüstan patriarxının istefası barədə məlumat yayılıb

Gürcüstanın Dini Ekspertlər Assosiasiyası katalikos-patriarx II İlyanın istefaya göndəriləcəyi barədə məlumat yayıb. “Report”un yerli bürosu xəbər verir ki, təşkilatdan məsələnin Müqəddəs Sinodun fevralın 11-də keçiriləcək toplantısında müzakirə olunacağı bildirilib. Assosiasiya iddia edir ki, iclasda II İlyanın müəyyən kompromislər və ya şantaj yolu ilə taxt-tacdan uzaqlaşdırılması planlaşdırılıb. Gürcüstan patriarxlığının İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Andria Caqmaidze yayılan məlumatlara münasibət bildirib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728