Qənirə Paşayeva Xalq artisti Ağakişi Kazımovu evində ziyarət edib FOTO

Komitə sədri Xalq artisti Ağakişi Kazımovu evində ziyarət edib və ona qısa zamanda sağlamlığına təkrar qovuşmasını diləyib. Musavat.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Respublikasının Xalq artisti, professor Ağakişi Kazımovu evində ziyarət edib, sağlıq durumu, müalicəsinin gedişatı ilə maraqlanıb. Xalq artisti bir ildən artıqdır səhhətində yaranmış problemlərlə bağlı ardıcıl müalicələr alır. […]

Səlim Müslümovun qohumu işdən çıxarıldı

Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi işdən çıxarılıb. Unikal.org xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Ağsu RMX-nin baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib. Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova bir […]

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Qol.az xəbər verir ki, final matçında Mərakeş Mali ilə qarşılaşıb. Görüş Mərakeşin 2:0 hesablı qələbəsi lə başa çatıb. Bununla da Mərakeş titulunu qorumuş olub. 2 il əvvəl komanda finalda Nigeriyanı 4 cavabsız qolla məğlub edərək, bu ada yiyələnib. Əlavə edək ki, Afrika Millətlər kuboku iki ildən bir keçirilir. Turnirdə yalnız […]

Bərdə sakinindən silah-sursat və 31 kq narkotik götürülüb

Bərdə rayon sakinində silah-sursat və narkotik vasitə götürülüb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qram […]

Bakıda silahlı şəxslər tutulub FOTO

Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə,  Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb. […]

Rusiyada koronavirusdan ölənlərin sayı 77 mini ötüb

Rusiyada son bir gündə daha 15 916 nəfərə COVID-19 diaqnozu qoyulub. Musavat.com xəbər verir ki, bununla Rusiyada koronavirusa yoluxanların sayı 3 983 197 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 407 nəfər artaraq 77 068-ə yüksəlib. İndiyədək Rusiyada koronavirusa yoluxan 3 472 091 nəfər sağalıb.

Britaniyalı nazir Müşviqabad qəsəbəsindəki təhsil mərkəzində olub FOTO

Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfərə çərçivəsində Qaradağ rayonunun Müşviqabad qəsəbəsində yerləşən “British Council” Təhsil Mərkəzində olub. Musavat.com xəbər verir ki, nazir Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən mərkəzin müəllim və şagirdləri ilə söhbət edib. Xatırladaq ki, Bakının Qaradağ rayonunun Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksində yerləşən İngilis dili üzrə Resurs […]

Türkiyədə “Evdə qal!” rejimini pozan 32 min 181 nəfər cərimə olunub

Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən 56 saatlıq “Evdə qal!” rejimi fevralın 8-də saat 5:00-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri […]

“YAŞAT”: İndiyədək 2745 şəhid ailəsi ziyarət olunub FOTO

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir. Musavat.com xəbər verir ki, Fond tərəfindən indiyədək 2 745 şəhid ailəsi ziyarət olunub. Eyni zamanda bu günədək 1 960 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. 288 yaralının […]

Film kimi cinayət işi: Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı keçən məhkəmə – EKSKLÜZİV

Bakıda milyonlar mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. İşdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun adamlarının adı keçir. Həbs edilən şəxs özünün zərərçəkmiş olduğunu, MTN-nin onu oğurlayaraq döydüyünü deyir. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb. Həbs edilən şəxs 1982-ci […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728