SON DƏQİQƏ: Qarabağda DƏHŞƏT – Çox sayda hərbçimizin VƏZİYYƏTİ AĞIRDIR

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb. AZSABAH.COM xəbər verir ki, Report un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib. Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və […]

Köçəryanın məhkəməsi qapalı keçiriləcək

Ermənistanın sabiq prezidenti Robert Köçəryan və digərlərinin işi üzrə məhkəmə qapalı şəkildə davam etdiriləcək. Report “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, müvafiq qərarı Yerevanın Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Anna Danibekyan verib. Məlumata görə, o, Köçəryanın vəkili Ayk Alumyanın vəsatətini təmin edib.

Azərbaycan polisinin əməliyyatı – Əlləri ilə qazıb torpağın altından çıxardı – VİDEO

Zərdab sakinindən silah-sursat götürülüb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Belə ki, şöbəyə vətəndaş Cəmaləddin Xammədovun üzərində silah sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər həmin şəxsi […]

Qarabağ klanının hakimiyyətə yolu bağlanıb – Bakını da məmnun edən 2 dəmir səbəb

Erməni xalqı Paşinyanın istefasından ehtiyatlanır ki, müharibə təzədən qızışar; Moskva isə “keçiddə atları dəyişməyi” riskli sayır, çünki… Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu parlamentdəki “Mənim addımım” hakim blokun üzvləri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu ölkədəki müharibə sonrası vəziyyət və erkən parlament seçkiləri ilə bağlı olub. Paşinyan orada belə bir cümlə işlədib ki, hazırda […]

Göstərilməyən xidmətə görə maaşımızdan niyə pul tuturlar? – AÇIQLAMA – VİDEO

Aprel ayından Bakı şəhəri və Abşeron da daxil olmaqla bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq olunacağına baxmayaq, artıq yanvar ayından bu ərazilərdə yaşayan vətəndaşların əməkhaqqından da tutulmalar olub. Musavat.com xəbər verir ki, Real TV-nin “Problem” verilişində bu mövzuya toxunulub. Verilişin qonağı olan sığorta eksperti İlkin İbrahimov həm bu məsələ, həm də icbari tibbi sığorta ilə […]

COVID-19 testini telefonla keçmək mümkün olacaq

Fransanın Lill Universitetinin mütəxəssisləri mobil telefon vasitəsilə koronavirus testindən keçmək imkanı yaradan cihaz hazırlayıblar. Report “BFM”ə istinadən xəbər verir ki, zahirən flashcarda bənzəyən yeni cihaz telefona taxılandan sonra üzərinə yerləşdirilən birdəfəlik test zolağına burundan götürülən mayenin bir neçə damlası çəkilir. Tədqiqatın rəhbəri professor Sabin Szünerits adi tüpürcəklə testdən keçməyin mümkün olacağı cihaz üzərində çalışdıqlarını bildirib. […]

“Azərpoçt”un vəzifəli şəxsi məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Report un əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, S.Ələkbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs […]

İcra başçısı peyvənd olundu

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi davam edir. Sumqayıt şəhəri İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərdə vaksinasiya prosesinin həyata keçirilməsi üçün 8 tibb məntəqəsi fəaliyyət göstərir. Tibb məntəqələrində təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək 4 minə yaxın şəhər sakini peyvənd edilib. Sumqayıt şəhər […]

Trampın vəkilləri impiçment prosesini “siyasi teatr” adlandırıb

ABŞ Senatında Demokrat və Respubikaçılar partiyalarının fraksiya rəhbərləri Çak Şumer və Mitç Makkonel keçmiş prezident Donald Trampla bağlı impiçmenti ilə bağlı prosedurun formatı barədə razılığa gəliblər. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “USA Today” qəzeti məlumat yayıb. Çak Şumer dinləmələrin ədalətli və dürüst şəkildə həyata keçiriləcəyini söyləyib. Əldə olunan razılığa görə, Tramp […]

Rusiyada həyət evində yanğın olub, 5 nəfər ölüb

Rusiyanın Sıktıkvar şəhərində həyət evində baş verən yanğın nəticəsində 5 nəfər ölüb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi yayıb. Məlumata görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728